Login
Home

QALİDOR ® inyeksiya üçün məhlul HALİDOR Beynəlxalq patentləşdirilməmiş adı: Bencyclane. Farmakoloji xüsusiyyətləri Bensiklan - qan damarlarını genişləndirən və spazmaya qarşı dərman vasitəsidir.

 

 

Dərman vasitəsinin istifadəsi üzrə təlimat(xəstələr üçün )

Preparatı istifadə etməzdən əvvəl bu vərəqi diqqətlə oxuyun.

-   Bu içlik vərəqi saxlayın Sizə o yenidən lazım ola bilər..

-   Əlavə suallarınız olsa, həkimə və ya əczaçıya müraciət edin.

-   Bu dərman yalnız sizə təyin edilib  və onu digər şəxslərə məsləhət görməniz qəti qadağandır. Onlarda xəstəliyin eyni simptomları olsa belə, dərman onlara  ziyan vura bilər.

QALİDOR  ® inyeksiya üçün məhlul

HALİDOR

Beynəlxalq patentləşdirilməmiş adı: Bencyclane

Tərkibi

Təsiredici maddə: 2 ml tutumlu hər ampulda 50 mq bensiklan fumarat vardır.

Köməkçi maddələr:  natrium -xlorid, inyeksiya üçün su.

Farmakoloji xüsusiyyətləri

Bensiklan - qan damarlarını genişləndirən və spazmaya qarşı dərman vasitəsidir.

İstifadəsinə göstərişlər

`Əzələ və ya venadaxili yeridilən və habelə infuziya üçün (durulaşdırıldıqdan sonra) məhlul

Damar xəstəlikləri:

  • Periferik damarların xəstəlikləri: Reyno xəstəliyi, akrosianoz və damarların spazması ilə müşahidə olunan  digər xəstəliklər, habelə arteriyaların okklüziyası.
  • Beyin damarlarının xəstəlikləri: beyin qan dövranının pozğunluqlarının kompleks müalicəsində

Daxili orqanların  spazmının aradan qaldırılması

  • Mədə-bağırsaq xəstəlikləri: müxtəlif etiologiyalı qastroenteritlər (xüsusilə infeksiya mənşəli), infeksion və iltihablı kolit, qalın bağırsağın funksional xəstəlikləri, tenezmlər, əməliyyatdan sonrakı meteorizm, xolesistit, öddaşı xəstəliyi, xolesistektomiyadan sonrakı vəziyyətlər, Oddi sfinkterinin diskineziyası zamanı motorikanın pozulması, mədənin və onikibarmaq bağırsağın xorası – digər preparatlarla birgə
  • Uroloji xəstəliklər: sidik kisəsinin tenezmləri, böyrəkdaşı xəstəliyinin əlavə müalicəsi (böyrək sancıları zamanı analgetiklərlə birgə) və instrumental tədqiqat əməliyyatlarına  hazırlıq zamanı.

Ehtiyat tədbirləri

Bu dərman vasitəsi  aşağıdakı hallarda təyin edilmir:

  • Bensiklana və ya dərman vasitəsinin tərkibindəki digər komponentlərə qarşı yüksək həssaslıq;
  • Tənəffüs sisteminin, böyrəklərin və ya qaraciyərin ağır xəstəlikləri;
  • Ürəyin ağır xəstəlikləri (dekompensasiya mərhələsində ürək çatışmazlığı, atrioventrikulyar blokada);
  • Yaxın zamanda kecirilmiş insult;
  • Son 12 ay ərzində kəllə-beyin  zədələnməsi;
  • Hamiləlik və ya laktasiya dövrü(nisbi əks-göstəriş).

Xüsusi göstərişlər:

Damarların endotelisinin zədələnməsinin  və tromboflebitlərin əmələ gəlməsinin  qarşısı alınmaq məqsədi ilə İnyeksiya yerini müntəzəm şəkildə dəyişmək lazımdır.

Ağır ürək-damar xəstəliyi, tənəffüs çatışmazlığı,  kollapsa meyillik, prostat vəzin hipertrofiyası və sidiyin ləngiməsindən  (sidik kisəsinin atoniyası)  əziyyət çəkən xəstələrə preparatın parenteral yeridilməsi məsləhət görülmür.

Uzunmüddətli müalicə zamanı müntəzəm laborator muayinələrin aparılması tövsiyə edilir ( 2 ayda bir dəfə).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Klinikayaqədər tədqiqatların məlumatlarına əsasən heç bir embriotoksik və ya teratogen effekt  aşkar edilməyib.

Lakin heç bir embriotoksik və ya teratogen effektin aşkar edilməməsinə baxmayaraq, hamiləliyin ilk trimesterində və laktasiya dövründə  preparatın istifadə edilməsi məsləhət görülmür.

Nəqliyyat vasitəsini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat ilə müalicənin əvvəlində nəqliyyat vasitələrinin və idarə edilməsi xüsusi diqqət tələb edən mexanizmlərin idarə olunması ehtiyat tələb edir. 

Digər dərman vasitələri ilə  qarşılıqlı təsiri

Aşağıdakı preparatlar ilə birgə qəbul edərkən, ehtiyatlı olmaq lazımdır:

- anestetiklər və sedativ preparatlar (təsirini  gücləndirə bilər);

- simpatomimetiklər (atrioventrikulyar taxiaritmiyanın riskinin yaranması səbəbindən);

- qanda kaliumun səviyyəsini aşağı salan dərman vasitələri (proaritmogen effektlərin cəmləşməsi səbəbindən);

- üskükotu preparatları ilə (aritmiya riski artır);

- ß-adrenoblokatorlarla ( xronotrop effektlərin ziddiyyəti səbəbindən: ß-adrenoblokatorlarda -mənfi, bensiklanda- müsbət), ß -adrenoblokatorların dozası yenidən müəyyənləşdirilməsi ehtiyacı yarana bilər;

- kalsium kanallarının blokatorları və digər antihipertenziv dərman vasitələri (bu maddələrin effekti güclənə bilər);

- spazmofiliya şəklində ələvə təsirin yaranmasına səbəb olan dərman vasitələri (bu cür təsirlərin cəmləşməsi təhlükəsi yüksək olduğundan).

- aspirin (trombositlərin aqreqasiyasının ləngiməsi prosesinin sürətlənməsi səbəbindən).

İstifadə qaydası və dozası

Damar xəstəlikləri:

İnfuziya

Damar xəstəlikləri zamanı aktiv maddə venadaxili infuziya yolu ilə gündəlik 300 mq dozada, 2-3 infuziyaya bölünərək  tədricən, 1 saat ərzində damcı üsulu ilə yeridilir. 

Daxili orqanlarının spazmını aradan qaldırmaq üçün:

İnyeksiyalar:

Kəskin hallarda fizioloji məhlulda həll edilmiş 50-100 mq dozada , yəni  2-4 ampul venadaxili yeridilir və ya bir ampul  əzələdaxili yeridilir.

Doza  həddinin aşılması

Doza həddinin aşılması ürək sıxılmalarının tezləşməsi, arterial təzyiqin düşməsi, kollapsa meyllik, sidiyin saxlaya bilməməsi, ağır hallarda isə epilepsiya şəklində qıcolma tutmaları ilə nəticələnə bilər.

Müalicə:  Spesifik antidot məlum deyil. Mədəni yumaq və simptomatik müalicə aparılmalıdır. Qıcolma tutmalarının müalicəsi üçün benzodiazepinlərdən istifadə etmək olar. Bensiklanın dializ vasitəsilə ifraz olunmasının mümkün olması haqda məlumat yoxdur.

Əlavə təsirləri

Mədə-bağırsaq sisteminə: ağızda quruluq, mədə ağrısı, toxluq hissi, ürəkbulanma və qusma.

Mərkəzi sinir sisteminə: sporadik narahatlıq, başağrısı, başgicəllənməsi, yerişin pozulması, tremor, yuxusuzluq, yuxunun və yaddaşın pozulması. Habelə nadir hallarda şüurun ötəri dumanlanması  və ya qarabasmalar qeyd olunur. Bəzi hallarda (məs., dozanın həddinin aşılması zamanı) tonik və klonik qıcolmalar  müşahidə edilə bilər.

Ürək-damar sisteminə: bəzən qulaqcıq və ya mədəcik taxiaritmiyası yarana bilər (xüsusilə digər proartimogen preparatlarla birgə istifadə edildikdə)

Dəriyə: allergik reaksiyalar

Laborator göstəricilərinin dəyişiklikləri: QOT və QPT fəallığın keçici artması, ağ qan cisimlərinin sayının azalması.

Digər arzuolunmaz hallar: ümumi halsızlıq, bədən çəkisinin artması, venadaxili yeridildikdə-tromboflebit.

Buraxılış formaları

İnyeksiya üçün məhlul: Hər kontur şəklində dəlikli qablaşdırmada 5 ampul olmaqla, 2 qablaşdırma , içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.

Tabletlər: Qəhvəyi rəngli şüşə flakonda 50 tablet içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti

15-25 °C otaq temperaturunda, qaranlıq yerdə saxlanmalıdır.

Uşaqların  əli çatmayan yerdə saxlanmalıdır!

Yararlılıq  müddəti

3il.

Preparatı göstərilən istifadə müddətindən sonra qəbul etmək olmaz.

Aptekdən buraxılma şərti

Həkim resepti ilə buraxılır.

İstehsalçı

EQİS ƏCZAÇILIQ ZAVODU ASC

1106 Budapeşt, Keresturi küç., 30-38

MACARISTAN

Telefon: (36-1) 265-5555

Faks: (36-1) 265-5529

Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya

Ekspert Şurasında təsdiq edilmişdir


 

Comments:

Баннер

AYIN KLİNİKASI-MƏRKƏZİ KLİNİKA


DERMANİNFO.AZ saytında siz ay ərzində əhali arasında aparılan sorğular və səhiyyədə göstərdikləri xidmətlərə görə müəyyənləşdirdiyimiz klinikaların aylıq reytinqi ilə tanış ola biləcəksiniz. Bu ayın klinikası MƏRKƏZİ KLİNİKADIR

ƏCZAÇILIQ KİTABI


ƏCZAÇILIĞIN İDARƏ OLUNMASI VƏ İQTİSADİYYATI - Azərbaycan Tibb Universitetinin Əczaçılıq  Texnologiyası və Əczaçılığın Təşkili və İqtisadiyyatı Kafedrası tərəfindən Azərbaycan dilində ilk dəfə ali əczaçılıq təhsilinə aid mühüm tədris vəsaiti və zəngin informasiya bazası olan bu kitab artıq əczaçıların ixtiyarındadır.

AYIN APTEKİ

AYIN APTEKİ - QLÜKOZA APTEKİ


QLÜKOZA FARM MMC Aptek məntəqəsi. Sərfəli qiymət, peşəkar xidmət. Ünvan: Yasamal rayonu, İnşaatçılar metrosunun yanı. Telefonlar: 012-433-74-34,  050-661-74-34

AYIN POPULYAR DƏRMANI


HEPATOLAK məhlul. Laktuloza. Kəskin və xroniki qəbizliklərin müalicəsində işlədici

İstifadəsinə dair göstərişlər

1) Uşaqlarda və böyüklərdə kəskin və xroniki qəbizliklərin müalicəsində işlədici kimi;

2) Hamiləlik dövründə qəbizliyin müalicəsi məqsədilə (2 trimestrdən sonra);

3) Qaraciyər (portal - sistem) ensefalopatiyasının, həmçinin, qaraciyər prekoması və komasının müalicəsi məqsədilə təyin oluna bilər.