Login

SAGLAMTV

saglamtv

youtube.com

Azərbaycanın ən yaxşı həkimləri hamısı bu kanalda
 

 

Reklam (yeni)

Saytda axtarış

Facebook

 

Elan axtarışı


Reklam

EKSKLUZİV VİDEOLAR

GÜNÜMÜZDƏ AKTUAL OLAN MÖVZULARDA HƏKİMLƏRİN SAGLAMTV-DƏ VİDEO ÇIXIŞLARI

 

VİDEOLAR

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
Home

MONTEL 4 mq; 5mq çeynənilən tabletlər MONTEL ( Montelukast natrium)

MONTEL 4 mq; 5mq çeynənilən  tabletlər
MONTEL
Beynəlxalq patentləşdirilməmiş adı:
Montelukast natrium
Tərkibi

Təsiredici maddə
: 1 çeynənən  tabletin tərkibində  4 mq və ya 5 mq montelukasta ekvivalent

miqdarda montelukast natrium vardır.
Köməkçi maddələr
: qırmızı dəmir oksidi, aspartam,albalı aromatizatoru.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Montelukast natrium spesifik olaraq sisteinil leykotriyen (CysLT1) reseptorlarını inhibə edən, ağız boşluğunda aktivləşən, leykotrien reseptorlarının selektiv antaqonistidir. Sisteinil leykotrienlər (LTC4, LTD4, LTE4) tosqun hüceyrələr və eozinofillər daxil olmaqla, müxtəlif hüceyrələrdən ifraz olunan güclü iltihab eykozanoidləridir.

Bu sisteinil leykotrien reseptorlara bağlanan  (CysLT) əhəmiyyətli pro-astmatik mediatorlar insan tənəffüs yollarında aşkar olunur. Cys LT tip-1 (CysLT1) reseptorlar insan tənəffüs yolları ilə yanaşı, eozinofil və müəyyən mieloid  sütun hüceyrələri, tənəffüs yollarının makrofaqları və saya əzələlərin hüceyrələri daxil olmaqla, digər iltihab əleyhinə hüceyrələrdə aşkar olunurlar.
CyLT-lər astma və allergik rinitin patofiziologiyası ilə əlaqəlidir. Astma zamanı leykotrienlə bağlı təsirlər bronxokonstriksiya, selik sekresiyası, venaların keçiriciliyi və eozinofillərin akkumulyasiyası kimi tənəffüs yollarında bir sıra proseslərlə əlaqəlidir.
Allergik rinitlərdə, həm erkən, həm də gecikmiş mərhələlərdə allergenlərə məruz qaldıqda, CysLT-lər burun seliyindən ifraz olunur və allergik rinit əlamətlərinə səbəb olurlar. CysLT-lərin intranazal təyin olunması burun obstruksiya simptomlarının və burunda hava keçiriciliyinə müqavimətin artmasına səbəb olmuşdur.
Montelukast astma ilə əlaqəli iltihab parametrlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıran, ağız boşluğundan daxil edildikdən sonra aktivləşən güclü qarışıq maddədir. Biokimyəvi və farmakoloji bioanalizlərlə təsdiq olunduğu kimi, montelukast   CysLT1 reseptorlarına yüksək selektivliklə bağlanır (prostanoid, xolinergik və ya beta-adrenergik reseptorlar kimi tənəffüs yollarının farmakoloji cəhətdən əhəmiyyətli olan digər reseptorları ilə  müqayisədə daha üstündür).

Montelukast aqonist təsiri olmadan,  CysLT1 üzərində LTC4, LTD4 və LTE4 fizioloji təsirini inhibə edir.
Farmakokinetikası

Absorbsiya:
daxilə qəbul olunduqdan sonra montelukast sürətlə absorbsiya olunur. 10 mq-lıq örtüklü tabletlər üçün plazma konsentrasiyasının ən yüksək orta göstəricisi (Cmax)  böyüklərdə acqarına qəbul olunduqda 3 saat ərzində əldə olunur (Tmax). Daxilə qəbul olunduqda orta biomənimsənilmə səviyyəsi 64% təşkil edir. Standart qida biomənimsənilməsinə və Cmax göstəricilərinə təsir etmir. Qida qəbulunun vaxtından asılı olmayaraq, 10 mq-lıq örtüklü tabletlərin qəbulundan sonra  tədqiqatlarda dərmanın  təhlükəsizliyi və effektivliyi aşkar olunmuşdur.
5 mq-lıq çeynənilən tabletlərin qəbulundan sonra,  böyüklərdə Cmax göstəricisi acqarına qəbul olunduqdan sonra 2 saatdan sonra əldə olunur. Orta biomənimsənilmə göstərici 73% təşkil edir,  standart qida qəbulundan sonra 63% təşkil edir.
2-5 yaşında olan pediatrik pasiyentlərdə 4 mq-lıq çeynənilən  tabletlərin acqarına qəbulundan 2 saat sonra Cmax əldə olunur. 10 mq-lıq tablet qəbul edən böyüklərlə müqayisədə orta  Cmax göstəricisi 66% yüksək, orta Cmin göstəricisi isə daha aşağı olur.Paylanması:

Montelukastın 99%-indən çoxu plazma proteinləri ilə birləşir. Preparatın tarazlaşmış paylanma həcmi orta hesabla 8-11 litrdir. Radioizotopla nişanlanmış montelukastla siçovullarda aparılmış sınaqlar, preparatın hematoensefalik baryerdən keçməsinin minimal olmasını göstərmişdir.  Bundan başqa, qəbuldan 24 saat sonra radionişanlanmış preparatın bütün digər toxumalarda da konsentrasiyası minimal olmuşdur.Biotransformasiyası: Montelukast əhəmiyyətli  dərəcədə metabolizmə uğrayır. Terapevtik dozalarla aparılan tədqiqatlarda  böyüklərdə və uşaqlarda montelukast metabolitlərinin plazma konsentrasiyaları  dəyişilməmiş şəkildə aşkar olunmamışdır.

İnsan qaraciyər mikrosomları ilə  aparılan  in vitro tədqiqatlarda P450 3A4, 2A6 və 2C9 sitoxromların montelukastın metabolizmində iştirak etməsi müəyyən olunmuşdur.

İnsan qaraciyər mikrosomları ilə  aparılan digər  in vitro tədqiqatlarda montelukastın terapevtik plazma konsentrasiyaları P450 3A4, 2C9, 1A2, 2A6, 2C19 və ya 2D6 sitoxromlarını inhibə etməmişdir. Metabolitlərin montelukastın müalicəvi effektinə təsiri minimaldır.Xaric olması: Sağlam böyüklərdə montelukastın plazma klirensinin orta göstəricisi 45 ml/dəq təşkil edir.  İzotoplu montelukastın daxilə qəbulundan sonra 5-günlük nəcis yığılmalarında radioaktivliyin 86%-i, sidikdə  isə <0,2%-i  bərpa olunmuşdur.
Biomənimsənilmə nəticələri də nəzərə alınarsa, bu göstəricilər montelukast və onun metabolitlərinin  eksklyuziv olaraq ödlə xaric olmasını göstərir.Pasiyentlərdə xüsusiyyətləri: Yaşlı,  yüngül və orta-ağır qaraciyər çatışmazlığı olan pasiyentlərdə dozanın uyğunlaşdırılmasına ehtiyac yoxdur. Böyrək çatışmazlığı olan pasiyentlər üzərində tədqiqatlar aparılmamışdır. Montelukast və onun metabolitləri öd yalları ilə  xaric olduğundan, böyrək çatışmazlığı olan pasiyentlərdə dozaya düzəliş edilməyə bilər. Ağır qaraciyər çatışmazlığı olan pasiyentlərdə (Child-Pugh dərəcəsi >9) montelukastın farmakokinetikası haqqında məlumat yoxdur.
Montelukastın yüksək dozasının qəbulundan sonra (böyüklərdə tövsiyə olunan dozadan 20 və 60 dəfə yüksək) teofillinin plazma konsentrasiyası aşağı düşmüşdür. Bu təsir tövsiyə olunan 10 mq (gündə 1 dəfə) dozada müşahidə olunmamışdır.

İstifadəsinə göstərişlər
Montelukast natrium yüngül və orta ağır davamlı astması olan, inhalyasion kortikosteroidlərlə və ehtiyac olduqda istifadə edilən qısa-müddətli β-aqonistlərlə adekvat klinik cəhətdən nəzarət  oluna bilinməyən pasiyentlərdə istifadə oluna bilər.
Montelukast natrium həmçinin, aşağı-dozalı inhalyasion kortikosteroidlərlə müalicə alan yüngül davamlı astması olan, anamnezində yaxın zamanlarda oral kortikosteroidlərlə aradan qaldırılan ağır astma tutması olmayan və inhalyasion kortikosteroidlərdən istifadə edə bilməyən pasiyentlərdə  əlavə müalicə kimi istifadə oluna bilər.

Montelukast natrium eyni zamanda əsasən fiziki yüklənmə nəticəsində yaranan bronxokonstriksiya komponentli astma tutmasının profilaktikası üçün istifadə oluna bilər.
Əks göstərişlər

Dərmanın təsiredici maddəsinə və ya tərkibində olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Kəskin astma tutması və “astma statusu”-nun müalicəsində daxilə qəbul edilən montelukastın effektivliyi sübut olunmamışdır. Bu səbəbdən, montelukast natrium kəskin astma tutmasının müalicəsində istifadə olunmamalıdır, pasiyentə digər müvafiq dərmanlar təyin olunmalıdır.

Eyni zaman qəbul olunan inhalyasion kortikosteroidlərin dozası tibbi nəzarət altında azaldıla bilər. Lakin, daxilə və ya inhalyasiya yolu ilə qəbul olunan kortikosteroidlərlə müalicə, montelukastla müalicəyə başlandıqdan dərhal sonra dayandırılmamalı və dəyişdirilməməlidir.

Fiziki yüklənmədən sonra astmanın kəskinləşməsi müşahidə olunan pasiyentlər profilaktika üçün   inhalyasion beta-2-aqonistlərlə adəti müalicə rejimlərini davam etdirməlidirlər və astma tutması zamanı tez təsirli  beta-2-aqonistləri  daima yanlarında saxlamalıdırlar.

Aspirinə qarşı həssaslığı olan pasiyentlər montelukast qəbul etdikləri müddətdə aspirin və ya digər qeyri-steroid iltihabəleyhinə dərmanların istifadəsindən çəkinməlidirlər.

Montelukastın aspirinə qarşı həssaslıq nümayiş etdirən  pasiyentlərin tənəffüs funksiyasını yaxşılaşdırmasına baxmayaraq, o,  aspirinə və ya digər qeyri-steroid iltihabəleyhinə dərmanlara bronxokonstriktiv reaksiyanı aradan qaldırmaq üçün istifadə olunmamalıdır.
Pasiyentlər montelukast natriumu tövsiyə olunmuş qaydada həm asimptomatik, həm də kəskinləşmə dövründə hər gün müntəzəm olaraq qəbul etməlidirlər. Həmçinin, pasiyentlər astmatik əlamətlərə adekvat nəzarət olunmadığı hallarda müalicə həkimini dərhal məlumatlandırmalıdırlar.

Pasiyentlər həmçinin, montelukast natriumun astma tutmaları zamanı təsir etmədiyi hallarda həkimi məlumatlandırılmalıdırlar və belə hallarda vəziyyətdən çıxmaq üçün tez təsir edən beta-2-aqonist dərmanları hər zaman yanlarında saxlamalıdırlar.

Pasiyentlər montelukast natriumla müalicə aldıqları müddətdə tez təsir edən inhalyasion beta-2-aqonistlərin istifadə tezliyini qeyd etməlidirlər. Qeyd olunan dərmanın tövsiyə edilən və ya gündəlik maksimal dozadan yüksək olduğu halda, pasiyent dərhal müalicə həkimini  məlumatlandırmalıdır.

Montelukast natrium qəbul edən pasiyentlər, həkimlə məsləhətləşmədən, onun dozasını azaltmamalı və ya adətən  qəbul etdikləri anti-astmatik dərmanların qəbulunu dayandırmamalıdır

Eozinofillərin dəyişilməsi

Nadir hallarda montelukastla müalicə alan xəstələrdə sistem eozinofiliya meydana çıxa bilər. Bəzi hallarda isə sistem kortikosteroidlərlə müalicə olunan Churg-Strauss sindromuna oxşar vaskulit simptomları yarana bilər. Bu hallar, əsasən, daxilə qəbul olunan kortikosteroidlərin dozasının azaldılması ilə  əlaqədardır. Həkim  pasiyentlərdə yaranan eozinofiliya, vaskulit səpgiləri, ağ ciyər simptomlarının pisləşməsi, ürək ağırlaşmaları və/və ya neyropatiya əlamətlərini aradan qaldırmalıdır.

Montelukastın göstərilən əlamətlərlə əlaqəsi müəyyən edilməmişdir. Lakin, montelukast natrium qəbul edən şəxslərdə sistem kortikosteroidlərin dozasının azaldılmasını nəzərdən keçirərkən, ehtiyat tədbirləri görülməli və xəstənin vəziyyəti klinik  nəzarət altında saxlanmalıdır.

4-5 mq-lıq montelukast natrium çeynənilən tabletlərin tərkibinə fenilalanin daxildir (aspartam inqrediyenti) və bu səbəbdən, fenilketonuriyası olan pasiyentlərdə istifadə olunmamalıdır.

Uşaqlarda istifadəsi:

6-14 yaş arası olan astmalı uşaqlarda montelukastın effektivliyi və təhlükəsizliyi ətraflı öyrənilmişdir. Onun xüsusiyyətləri böyüklərdəkilərlə oxşar və identikdir. 2-5 yaşında olan uşaqlarda montelukastın effektivliyi və təhlükəsizliyi   ətraflı öyrənilmişdir.  Mövsümi allergik  riniti olan 15 yaş və yuxarı uşaqlarda və böyüklərdə  montelukastın effektivliyi və təhlükəsizliyi   ətraflı öyrənilmişdir. Tədqiqat nəticələrinə,  allergik rinitin patofiziologiyasına  və montelukastın farmakologiyasına əsaslanaraq, montelukastın 6-14 yaşlı uşaqlarda mövsümi allergik rinitin müalicəsində effektiv və təhlükəsiz olduğunu ehtimal etmək olar.

2 yaşdan aşağı uşaqlarda montelukastın effektivliyi və təhlükəsizliyi yoxlanmamışdır.

Yaşlı pasiyentlərdə istifadəsi

Tədqiqatlarda montelukastın effektivliyinin və təhlükəsizliyinin yaşla bağlı olmadığı təsdiq olunmuşdur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Montelukastın hamiləlik müddətində istifadəsi üzrə kifayət qədər məlumat yoxdur. Bu səbəbdən, mütləq göstəriş olmadan hamiləlik dövründə montelukast natrium istifadə olunmamalıdır.

Montelukast natriumun ana südü ilə ifraz olunması öyrənilməmişdir. Lakin bir çox dərmanların ana südünə keçməsini nəzərə alaraq, montelukast natrium ana südü ilə qidalandıran qadınlarda ehtiyatla istifadə olunmalıdır.

Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Məlum deyildir.

Əlavə təsirləri

Montelukast orqanizm tərəfindən adətən yaxşı qəbul olunur. Klinik tədqiqatlar zamanı müşahidə olunan əlavə təsirlər yüngül olmuşdur və müalicəni dayandırmağa ehtiyac yaratmamışdır. Plasebo ilə müqayisədə daha çox rast gələn və tezliyi 1%-dən çox olan əlavə təsir baş ağrısı olmuşdur. Bundan əlavə, faringit, yuxarı tənəffüs yollarının infeksiyaları, sinusit, otit və virus infeksiyaları haqqında da məlumatlar daxil olmuşdur.

Astması olan 2-5 yaşında uşaqlar:

Montelukast natrium təxminən 573 nəfər 2-5 yaşında uşaqlarda qiymətləndirilmişdir. 12 həftəlik plasebo-nəzarət olunan qrupla aparılmış tədqiqatda montelukast qəbul edən qrupda tezliyi 1%-dən çox olan yeganə əlavə təsir susuzluq olmuşdur. İki qrup arasında belə  rastgəlmə tezliyi əhəmiyyətli kimi qiymətləndirilməmişdir.

2-5 yaş arasında olan 426 uşaq pasiyent ən azı 3 ay, 230 pasiyent – 6 ay və daha çox, 63 pasiyent  isə 12 ay və daha çox müddətdə preparatla müalicə almışlar.  Uzun müddət müalicə alan uşaqlar arasında əlavə təsirlərin xüsusiyyətləri dəyişməz qalmışdır.

2-14 yaşlı, mövsumi allergik riniti olan pasiyentlər üzərində plasebo-nəzarət olunan qrup ilə aparılmış 2-həftəlik  tədqiqatda pasiyentlərdə dərmanla əlaqəli aşkar edilmiş əlavə təsirlər 1%-dən çox olmamışdır.

Post-marketinq müddətində meydana çıxmış əlavə təsirlər haqqında məlumat: yüksək həssaslıq reaksiyaları (anafilaksiya, angioödem, dəri səpgisi, qaşınma, övrə səpgisi və çox nadir hallarda, qaraciyərin eozinofil infiltrasiyası), qeyri-normal yuxular və hallusinasiyalar, letargiya, qıcıqlanma, diskomfort hissi, yuxusuzluq və çox nadir hallarda, qıcolmalar; ürəkbulanma, qusma, dispepsiya, diareya, mialgiya, əzələ qıcolmaları; qanaxmanın artması, qansızmalar və ödem, ürək döyüntüsü hissi

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Montelukast natrium astmanın və allergik rinitin profilaktikası və uzunmüddətli müalicəsi üçün digər ənənəvi dərmanlarla birgə istifadə oluna bilər.  Qarşılıqlı təsiri öyrənən tədqiqatlar zamanı  montelukastın tövsiyə olunan dozada aşağıdakı dərmanların farmakokinetikasına əhəmiyyətli təsiri aşkar olunmamışdır: teofillin, prednizon, oral kontraseptivlər (etinil estradiol / noretindron 35/1), terfenadin, diqoksin və varfarin.

Fenobarbitalla birgə təyin edildikdə konsentrasiya-zaman əyrisi altındakı sahə (AUC) təxminən 40% aşağı düşmüşdür. Montelukast natriumun dozasına düzəliş edilməsi tövsiyə olunmur.  Fenobarbital və ya rifampisin kimi güclü P450 fermentinin induktorları  montelukast natriumla birgə təyin edildikdə müvafiq klinik monitorinqin aparılması məqsədəuyğundur.

Montelukast qaraciyər CYP3A4 ilə metabolizə olunur və fenitoin, fenobarbital, rifampisin və dazıotu  kimi ferment induktorları  ilə birgə təyin edildikdə, onun plazma səviyyəsi aşağı düşür.

İstifadə qaydası və dozası

5mq-lıq çeynənilən tablet:

6-14 yaşlı uşaqlar üçün doza: 5 mq-lıq 1 çeynənilən tablet gündə bir dəfə, axşam vaxtı qəbul olunmalıdır. Montelukast natrium qida qəbulundan 1 saat əvvəl  və ya 2 saat sonra qəbul olunmalıdır.  Bu yaş qrupunda dozaya düzəliş edilməməlidir.

4 mq-lıq çeynənilən tablet:

2-5 yaşılı uşaqlar üçün doza: 4 mq-lıq 1 çeynənilən tablet gündə bir dəfə, axşam vaxtı qəbul olunmalıdır. Montelukast natrium qida qəbulundan 1 saat əvvəl  və ya 2 saat sonra qəbul olunmalıdır. Bu yaş qrupunda dozaya düzəliş edilməməlidir. 2 yaşdan aşağı uşaqlarda montelukastın effektivliyi və təhlükəsizliyi öyrənilməmişdir.

Ümumi tövsiyələr:

Montelukast natriumun astma parametrlərinə müalicəvi təsiri bir gün ərzində baş verir. Həm astma əlamətləri nəzarət altında saxlandıqda, həm də astma əlamətlərinin pisləşdiyi zaman pasiyentlər dərman qəbulunu davam etdirməlidirlər. Böyrək çatışmazlığı və ya  yüngül-orta ağır qaraciyər çatışmazlığı olan pasiyentlərdə dozaya düzəliş edilməməlidir.. Ağır qaraciyər çatışmazlığı olan pasiyentlər haqqında məlumat mövcud deyil. Dozalanma qaydaları həm qadın, həm də kişi pasiyentlər üçün eynidir.

Montelukast natrium yüngül davamlı astmanın  aşağı-dozalı inhalyasion kortikosteroidlərlə müalicəsinin alternativ müalicə seçimi  kimi:

Montelukastın orta-ağır davamlı astması olan pasiyentlərdə monoterapiya kimi istifadə olunması tövsiyə olunmur.

Montelukastın orta-ağır davamlı astması olan pasiyentlərdə  aşağı-dozalı inhalyasion kortikosteroidlərlə müalicəsinin alternativ müalicə seçimi  kimi  yalnız anamnezində yaxın zamanlarda oral kortikosteroidlərlə aradan qaldırılan ağır astma tutması olmayan  və  inhalyasion kortikosteroidlərdən istifadə edə bilməyən pasiyentlərdə  əlavə müalicə kimi istifadə oluna bilər.

Orta-ağır davamlı astma əlamətlərinin həftədə bir dəfədən çox, lakin gündə bir dəfədən az, gecə əlamətlərinin ayda iki dəfədən çox, lakin həftədə bir dəfədən az olması və epizodlararası normal ağciyər funksiyası  ilə səciyyələnir.

Əgər astmaya qənaətbəxş nəzarət əldə etmək mümkün olmursa (adətən bir ay müddətində qiymətləndirilir), pilləli müalicə prinsipinə əsaslanaraq əlavə və ya fərqli iltihab-əleyhinə müalicəni nəzərdən keçirmək lazımdır.

Pasiyentlər vaxtaşırı astmaya nəzarət olunub-olunmamasına görə qiymətləndirilməlidirlər.

Montelukast natriumun digər müalicə metodları ilə əlaqəsi

Montelukast natrium inhalyasion kortikosteroidlərə əlavə müalicə kimi istifadə olunduqda, o, inhalyasion kortikosteroidləri birdən birə əvəz etməməlidir.

10 mq-lıq örtüklü tabletlər 15 yaş və ondan yuxarı şəxslər üçün nəzərdə tutulmuşdur

5 mq-lıq çeynənilən tabletlər 6-14 yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur

4 mq-lik çeynənilən tabletlər 2-5 yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur

Doza həddinin aşılması

Montelukastın doza həddinin aşılması zamanı müalicə haqqında xüsusi məlumat mövcud deyil. Xronik astma üzrə aparılan tədqiqatlarda 22 həftə ərzində 200 mq/gün və qısamüddətli tədqiqatlarda 1 həftə ərzində 900 mq/gün dozada montelukast natrium təyin olunmuş və bu zaman hər hansı bir klinik əhəmiyyətli əlavə təsir müşahidə olunmamışdır.

Post-marketinq təcrübələr və kliniki tədqiqatlarda 150 mq/gün doza ilə müalicə olunan uşaqlarda doza həddinin aşılması halları müşahidə olunmuşdur. Belə halların əksəriyyətində heç bir əlavə təsir qeyd olunmamışdır. Ən çox rast gələn əlavə təsir susuzluq, yuxululuq, midriaz, hiperkinez və mədə ağrısı olmuşdur.  Montelukastın bədəndən  peritoneal dializ və ya hemodializ vasitəsilə təmizlənməsi haqqında məlumat yoxdur.

Buraxılış forması

28-84 tablet içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən aşağı temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında  buraxılır.

İstehsalçı

Abdi İbrahim İlaç Sanayi ve Ticaret A.Ş., Hadımköy / İSTANBUL-TÜRKİYƏ

Qeydiyyat  səlahiyyəti olan şirkət:

Abdi İbrahim İlaç Sanayi ve Ticaret A.Ş., Maslak / İSTANBUL-TÜRKİYƏ

 Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasında təsdiq edilmişdir
______________________________________________
Əlaqə telefonu: (+994-12) 055-808-80-57

Comments:

Баннер

AYIN KLİNİKASI-MƏRKƏZİ KLİNİKA


DERMANİNFO.AZ saytında siz ay ərzində əhali arasında aparılan sorğular və səhiyyədə göstərdikləri xidmətlərə görə müəyyənləşdirdiyimiz klinikaların aylıq reytinqi ilə tanış ola biləcəksiniz. Bu ayın klinikası MƏRKƏZİ KLİNİKADIR

ƏCZAÇILIQ KİTABI


ƏCZAÇILIĞIN İDARƏ OLUNMASI VƏ İQTİSADİYYATI - Azərbaycan Tibb Universitetinin Əczaçılıq  Texnologiyası və Əczaçılığın Təşkili və İqtisadiyyatı Kafedrası tərəfindən Azərbaycan dilində ilk dəfə ali əczaçılıq təhsilinə aid mühüm tədris vəsaiti və zəngin informasiya bazası olan bu kitab artıq əczaçıların ixtiyarındadır.

AYIN APTEKİ

AYIN APTEKİ - QLÜKOZA APTEKİ


QLÜKOZA FARM MMC Aptek məntəqəsi. Sərfəli qiymət, peşəkar xidmət. Ünvan: Yasamal rayonu, İnşaatçılar metrosunun yanı. Telefonlar: 012-433-74-34,  050-661-74-34

AYIN POPULYAR DƏRMANI


HEPATOLAK məhlul. Laktuloza. Kəskin və xroniki qəbizliklərin müalicəsində işlədici

İstifadəsinə dair göstərişlər

1) Uşaqlarda və böyüklərdə kəskin və xroniki qəbizliklərin müalicəsində işlədici kimi;

2) Hamiləlik dövründə qəbizliyin müalicəsi məqsədilə (2 trimestrdən sonra);

3) Qaraciyər (portal - sistem) ensefalopatiyasının, həmçinin, qaraciyər prekoması və komasının müalicəsi məqsədilə təyin oluna bilər.