Login
Home

Millət vəkili Musa Quliyev: “Azərbaycanda hələ də qeydiyyatdan keçməyən dərmanların satışına rast gəlirik. Ölkədə satışda olan bir sıra dərmanlar və qidalar təxribat vasitələridir"


Millət vəkili Musa Quliyev: “Azərbaycanda hələ də qeydiyyatdan keçməyən dərmanların satışına rast gəlirik. Ölkədə satışda olan bir sıra dərmanlar və qidalar  təxribat vasitələridir!"

Bu günlərdə millət vəkili, Milli Məclisin Sosial Siyasət Komissiyasının sədr müavini Musa Quliyevlə görüşüb səhiyyə mövzusunda bir sıra məslələrin müzakirəsini aşdıq. Onunla müsahibə böyük marağa səbəb olub.
-Azərbaycanda dərmaların elektron kataloqunu yaradılmasının vacibliyini necə qiymətləndirirsiz?
-Azərbaycabnda dərman təminatı siyasəti  düzgün qurulub. Baxmayaraq ki, dərmanların qiyməti bahadır bu onların keyfiyyəti ilə üst-üstə düşür. Keyfiyyətdə artım var. Biz əgər 10 il əvvəl Hindistanın, Pakistanın kustar üsullarla hazırlanmış ucuz dərmanlarıyla bazarı doldurmuşduqsa, bu gün Azərbaycan bazarında dərmanların   ən azı 70-80 % Avropadan, inkişaf etmiş ölkələrdən alınır. Artıq Azərbaycanda con bir neçə ildir  dərmanların içliyi ana dilimizdə təqdim olunmağa başlayıb və yəqin yaxın illərdə bu başa çatar. Olkə üzrə qeydiyyatdan keçmiş bütün dərmanların içliyi Azərbaycan dilində olacaq.  Digər bir məsələ Azərbaycanda satılan dərmanların böyük əksəriyyətinin qeydiyyatdan keçməsinə baxmayaraq hələ də qeydiyyatda keçməyən dərmanların da satışına rast gəlirik. Bu çox təhlükəli haldır. Bunun qarçısını almaq lazımdır. Istər Səhiyyə Nazirliyi, istər kömrük xidməti orqanları,Təhlükəsizlik Nazirliyi bu işlə məşğul olmalıdır. Ola bilər həmin dərmanların tərkibində bütünlükdə bizim milli şüurumuzu dəyişən, havamızı   dəyişən təxtibat vasitələri olsun. Digər tərəfdən dərmanlara əlçatanlığı təmin etmək lazımdır. Bu da çox vacib məsələdir. “Dərman vasitələri haqqında” qanunda da öz əksini tapıb ki, Azərbaycanda dərmanların elektron format və şəbəkəsi yaradılmalıdır.Yəni hansı dərmanın vətəındaşın yaşadığı əraziyə yaxın aptektdə olduğu barədə informasiya alması imkanı olmalıdır. Evində internetə girib bunu asanlıqla öyrənməlidir. Bu məsələ üzərində bildiyim qədər iş aparılır. Azərbaycada 5 midən çox  dərmana təlabat yoxdur. 5 min adda dərman bütün apteklərdə  tapılmalıdır. Yəni bütün fəaliyyət ona yönəlməlidir ki, vətəndaşın həyatı asanlaşdırılsın. Vətəndaş vaxt sərf etmədən, çox pul xərcləmədən ona lazım olan dərmanı və xidməti ala bilsin. Elektronlaşmna qanunda nəzərdə tutulur.
-Musa müəllim Azərbaycanda tibbi-sosial sığorta nə ücün hələ də həyata kecirilmir? İqtisadiyyatı bizdən zəif olan bir sıra keçmiş Sovet respublikalarında bu proses çoxdan başlanıb?
-Bu suala icra orqanları cavab verməlidir. Qanunverici orqan olaraq biz bu prosesi başa catdırmışıq. 1999-cu ildə qanun qəbul olunub. 2006-2007-ci ildə bu qanuna əlavə və dəyişiliklər olundu. Cənab prezidentin qərarı ilə 2008-ci ildə Dövlət Tibbi Sığorta Agentliyi yaradıldı və bu vaxta qədər də hər il bu agentliyə dövlət büdcəsindən  30-50 milyon məbləğində vəsait ayrılır. Səhiyyə Nazirliyi bir necə il bundan əvvəl Siyəzən rayonunda bir pilot layihə həyata kecirdi. Mən hesab edirəm ki, bu sığortanın Azərbaycanda tətbiq olunması  ücün hec bir təşkilati, iqtisadi, peşəkarlıq, kadrla bağlı problem yoxdu. Biz bunu həyata kecirməliyik. Buna bizim iqtisadi potensialımız da, kadrlarımız da kifayət edir.Artıq Azərbaycanda  sığorta şirkətlərinin, sığorta sisteminin kifayət qədər güclü  fəaliyyəti göz özündədir. Bilirsuniz ki ötən illərda sığorta şirkətlərinin fəaliyyətinin güclənməsi, onların maddi bazalarını daha da gücləndirən bir hecə qanun qəbul olunub. Birinci vahid sığopta ilə, daşınmaz əmlakın və nəqliyyat vasitələri ilə  bağlı sığorta qanunları  olub. Bundan əlavə peşə əmək fəaliyyətini yerinə yetirərkən qəzalarla bağlı sığorta haqqında qanun qəbul olunub. Yəni sığorta bazarının inkişafı ücün Azərbaycanda kifayət qədər həm iqtisadi əsaslar, həm də  təşkilatı əsaslar var. Bu illəri biz hec nədən qorxmadan icbari tibbi sığortaya getməliyik. Bununla da həm səhiyyə xidmətinin bütün kateqoriya insanlar ücün əlcatanlığını təmin edəcəyik, həm səhiyyə xidmətinin keyfiyyətini yüksəldəcəyik. Eyni zamanda səhiyyədə olan bir sıra problemləri, o  cümlədəm əmək haqqı problemini, müəyyən vəsaitlərin səmərəsiz xərclənməsi kimi məsələləri aradan qaldıracağıq. Cünki hər bir xəstəyə, hər bir şəxsə  görə məbləğ ödəyəcək şirkət maraqlı olacaq ki, onun ödədiyi vəsait  ünvanına  gedib çatsın.  Xəstəni əlavə  müayinələrə cəlb etməsinlər, əlavə  dərmanlara ehtiyac  olmasın. Eyni zamanda həmin vəsaitlər həm səhiyyə obyektlərinin, istər özəl. istərsə də dövlət sektorunda olsun maddi-texniki bazasının  gücləndirək, həm də səhiyyədə işləyən  işçlərin əmək haqqına yardım olsun. Eyni zamanda çox neqativ hal olan xəstə-həkim arasındakı qeyri-rəsmi ödəmələrin də qarşısı alınacaq.Yəni bu hərtərəfli xeyirli bir proses olacaq. Bir tərəfdən də bu bir az risklidir. Görunur müvafiq icra hakimiyyəti orqanlarını da cəkindirən budur. Amma biz istənilən piskli addımı atmalıyıq. Əgər zamanında riskli addım atmasaydıq müstəqilliyimizi elan etməzdik, dövlət çevrilişlərinin qarşısını almaq üçün heç bir addım atmazdıq. Demək istəyirəm həyat risklərlə doludur. Mən düşünürəm ki, bugünkü gündə  risk faktoru o qədər də çox deyil. Belə ki, səhiyyənin maddi-texniki bazası kifayət qədər genişlənib, dövlət sahiyyəyə cənab prezidentin qayğı və diqqəti nəticəsində demək olar ki, regionların hər yerində müasir tələblərə cavab verən tibb müəssisələri tikilib, avadanlıqlar müasirdir. Kadrlar kifayət qədər peşəkardır. Dünya və avropa təcrübəsi Azərbycanda mükəmməl mənimsənilir. Özəl sektor inkişaf edib. Demək olar səhiyyənin ciddi problemi yoxdur. Sadəcə maliyyələşmənin yeni mexanizi olan icbari tibbi sığortanı tətbiq etməliyik. Bu sığortanı tətbiq etməklə  dövlətin də yükünü  azaldacağıq.Çünki səhiyyə xərclərinin böyük hissəsi artıq işəgötürənlər tərəfindən qarşılanacaq. Bu hərtərəfli səmərəli məsələdir və düşünürəm ki, biz bu addıma getmıliyik.
-Bunu prosesi tezləşdirmək nədən asılıdr? Hansısa qaranlıq məsələlər var?
- Bunun həyata keciilməsinin konkret vaxtını Səhiyyə nazirliyi və digər icra orqanları, İcbari Sığorta Agentliyi, Nazirlər Kabinetinin, Prezident Aparatının hümanitar şöbəsi deyə bilər.Yəni icra orqanlarının rəhbər sturukturları bu işi nə vaxt həyata keçirə biləcəklərini cavablandıra bilər. Mən deyə bilərəm ki, siyasi və hüquqi bazası öz həllini tapıb.
- Bu iş bir sıra qonşu ölkələrdə qurulub. Məsələn, Türkiyənin, Gürcüstanın təcürbələrindən yararlanmaq olmazmı?
-Türkiyədə bu iş çox gözəl qurulub. Son bir neçə ildə Türkiyənin ən ucqar kəndndə yaşayan insanın şəxiyyət vəsiqəsindəki nömrəsi onun eyni zamanda icbari tibbi sığorta  kartının nömrəsidir. Həmin adam gəlib Ankarada və ya İstanbulda dövlət klinikasında şəxsiyyət vəsiqəsini təqdim etməklə onun bütün xəstəlik anketi aşkara çıxır. Bu sığortanın qurulmasınn bir tərkib hisəsi də elktron səhiyyənin yaradılmasıdır.
- Musa müzllin, bildiyim qədər sonsuz ailələrlə bağlı qanun nəzərdə tutulub. Zənmət olmasa deyin, məsələ nə yerdədir?
- “Repraduktiv sağlamlığın qorunmsı haqqında” qanun layihəsi bir neçə il əvvəl Səhiyyə nazirliyi ilə birgə hazırlanıb. Qanun kifayıət qədər mütərəqqi bir qanundur. Bir neçə il öncə qanunun təqdimatı  zamanı gördük kü,  bunu kifayət qədər ictimailəşdirə bilməmişik. Ona gərə də həm cəmiyyət tərəfindən, həm məclis tərəfindən etirazlarla qarşılandıq. Deyim ki, bu etirazların da hec bir hüquqi , mənəvi və elmi əsası yox idi. Sadəcə bir hay-küy idi ki, guya burda donorluq məsələsi var. Guya surroqat məsələsi var ki, bu da bizim milli əxlaqımıza uyğun məsələ deyil. Ona görə də qanun qəbul olunmadı. Mən zaman çıxış edəndə dedim, indi də bu fikirdəyəm ki, ümummilli əxlaqa , mintalitetə zidd olan fikir qanunda ehtiva etmir. İkinci tərəfdən əgər bu bir ailənin daxili işidirsə, bunu ümumilli səviyyəyə qaldırmağın da  zərurəti yoxdur. Tutaq ki, bizim mintalitetimizdə var ki, islam adət-anənəsinə uyğun olaraq şərab içmək omaz. Amma insan öz evində şərab içir və bu da islama uyğun deyl. Yaxud deyək ki, namaz qılmaq, oruc tutmaq hər kəsin öz işidir.  Ona görə də heç kəsi qınamırlar ki, sən niyə oruc tutmursan və ya namaz qılmırsan.Yəni hər bir ailənin öz şəxsi işidir ki, süni texnologiyalar tətbiq etməklə və ya  donordan istifadə etməklə övlad sahibi olsun. Eləcə də surroqat ana götürməklə uşağa sahib olsun. Bu yalnız  iki tərəfin daxili işidir. Süni mayalanma və surroaqat ana məsələsi  milli mintalitetə dəxli olmayan bir məsələ idi. Buna da etiraz oldu. Təssüflər olsun ki, o vaxtı dini liderlər bu məsələnin kökünə varmadan bunun əlehinə cıxdılar. Türkiyə və İran kimi dini dövlətdə bunu həyata keciriblər. Bizim azərbaycanlı sonsuzlar gedib İranda yaxud Türkiyədə  əməliyyatlar edib qayıdırlar. Biz niyə öz ölkəmizdə bunu etmiyək. Başqa bir məsələ var ki, reproduktiv problemlərin aradan qaldırılması üşün texnalogiyaların tətbiqi ilə əlaqədar 90 faiz hallarda   ata-ananın öz toxumalarından istifadə olunur.Yəni Azərbaycanda 30-40  nəfərin  donora ehtiyacı olar ya olmaz. Həm də 17-18 ildən sonra bu uşaqlar böyüyəndən sonra bunların bir-biri ilə rastlaşması ehtimalı sıfıra bərabərdir. Bildirim ki, sonsuz insanlar 10-15 min xərcliyib xaricdə əməliyyat olunurlar. Pulu olanlar gedə bilir. Bəs imkanı olmayanlar neyləsin? Elə bir qanunun qəbul olunması  həmin ailələr ücün  doğrurdanda dövlət tərəfindən böyük töhvədir. Bütün dövlət klinikalarında bu əməliatlar dövlət vəsaiti hesabına həyata keciriləcək. Buna hüquqi baza, qanun lazımdır. Düşünürəm kifayət qədər millət vəkillərini və ictimayəti məlumatlandıra bildik.  Bu qanun payız sesiyasında müzakirəyə çıxarılacaq. Millət vəkillərinə tövsiyyə olunan qanun  düşünürəm qəbul olunacaq. Bir çox şeylər, elmi kəşvlər , qanunlar va ya nəzəriyələr var ki. cəmiyyt onu  qəbul etmək imkanında deyil. Amma cəmiyyətin arxasınca sürünməklə də inkişaf etmək olmaz. Alimlər, millət vəkilləri, düşünən adamlar kəşflərlə məşğul olanlar nəhz onun ücündür ki, cəmyyət inkişaf etsin.Yoxsa milli mintalitet deyib dayansaq hec bir formada inişaf etmərik. Dəyişən dövrün tələbərinə uyğun hərəkət etməli və ona uyğun olaraq öz inkişafımızın prespektivlərini müəyyən etməliyik. Ona görə düşünürəm bu qanun qəbul oluncaq və Azərbaycana ancaq xeyir verəcək.
-Qanun qəbul olunandan sonra proses hansı müddətə reallaşacaq?
- Məncə bu il qəbul olsa artıq gələn ildən qüvvəyə minəcək və işləyəcək. Həm özəl, həm dövlət müəsisələrində tətbiq olunacaq.  İcbari tibbi sığortanı qəbul edəndən sonra  insanlar istədiyi yerdə sığorta hesabına əməiyyatları yerinə yetirəcək.
-Mentalitetdən söz düşmüşkən, sizin bu barədə fikirləriniz maraqlıdır. Ailə problemləri, ailə qalmaqalları üzərində televiziyalarda  tok-şouların hazırlanmasına necə baxırsız?
- Bilirsiniz, əgər verlişlər intelektual, səvyyəli, maarifləndirici, ibrətgötürücü verlişdirsə mən onun tərəfdarıyam. Amma bu veriliş bir şoudan ötrüdürsə, istər-istəməz intiriqa yaradırsa, tamaşaçı marağı cəlb etməkdən ötrüdürsə bu cəmiyyətə xidmət etmir. Əksinə təsir edir. Mən bunları qəbul etmirəm. Təəssüf olsun ki, bu il Azərbaycan televiziyalarında ailə, məişət və əxlaq mövzusunda məni qane edən verliş yoxdur. Həm maarifləndirmə səviyyəsinə görə, hən verlişə çıxan ekspertlərin özlərinin peşəkarlığına  görə. Bəzən verlişi aparan və verlişdə iştirak edənlər cəmiyyətdə birmənalı qəbul olunmurlar.Yəni onlar özləri əxlaq etalonu deyillər. Düzdür dövlətimizin də yaşı azdır. Amma düşünürəm 20 il ərzində yaxşı bir televiziya məkanı qura bilərdik. Rusiyanın, Türkiyənin televiziya məkanına baxaq. Nə qədər səviyyə  var. Bizdə isə ya peşəkar ekspert yoxdur, ya da peşəkar olanlarla əlaqələr yoxdur ki, bu da vacib amildir. Bu gün Azərbaycanda ailə problemləri çoxdur. Boşanmalar artır, qanunsuz nigahlar artır, məişət zorakılığı zəminndə cinayətlər artır, ailədaxili münaqişələrin şiddəti çoxalır. Burada qlobalaşma və Avropaya inteqrasiya  da mühüm rol oynayır.  Böyük ailənin yeni qurulan ailə ilə konfliktləri rol oynayır. Əvvəllər bütün nəsil bir yerdə yaşayırdı. İndi baba-nənə sıradan çıxıb. Əvvəl ailə qurulanda nəsli-kökü soruşurdular. İndi nə soykökü,  nə mənəviyyat-mədəniyyət, nə də təhsil soruşan yoxdur. Pulu, maşını və evi varsa hər şey həll olunur sanırlar. Belə ailələrdə uşaq nənə-baba öyüdü eşitmirsə, böyük ailənin qayğısını öz üzərində hiss etmirsə istər-istəməz ailədə konfliktlər yaranır.
-Sizə elə gəlmirmi ki, sovet dövründən fərqli olaraq son 20 il ərzində insanların əsl içi, mənəviyyatı üzə çıxıb?  
-Yox belə də deyil. Sadəcə forma dəyişdi mahiyyət dəyişmədi. Mahiyyət formaya uyğunlaşa bilmədi. Mahiyyətcə biz şərqliyik, müsəlmanıq, türkük. Amma formaca sürətlə Avropalaşdıq. Ona görə də formanı xaricdən qəbul etdik, mahiyyətimiz ona uyğunlaşmadı. 5-6 il əvvəl bizim komissiyaya məişət zorakılığı haqqında qanun gəlmişdi mən etiraz etdim. Dedim bu qanun Azərbaycanda ailələrin möhkəmlənməsinə deyil, dağılmasına xidmət edəcək. Doğurdan da elə də oldu. O qanun qəbul olundu. Bu günləri həmin qanuna görə ailədə hər şey vəkil vasitəsi ilə həll edilir. Bizdə evin böyüyü kişi olub. İndi qanuna görə  böyük həm qadındır, həm uşaqdır. Biz bəzən Qərbin, Avropanın çağrışlarına gedirik. İlk növbədə iqtisadi, siyasi çağrışlara getməliyik . Milli əxlaq və  dəyərlərlə bağlı ən axırıncı hallarda qoşulmalıyıq. Qərbdən bizə  yaxşı təsirlərlə yanaşı pis təsirlər də tez gəlir. Cavan bir insan  pis təsiri daha tez qəbul edir. Ona görə biz hərtərəfli çalışmalıyıq  ki , cəmiyyətin milli-mənəvi dəyərlərini qoruyaq, əxlaq normalarını qoruyaq. Bundan ötrü də heç şübhəsiz də Azərbaycan ailəsinin məhkəmliyinin qarantı olan böyük-kicik məsələsini öndə saxlamalıyıq. Bu məni çox narahat edir.
-Bir millət vəkili və həkim kimi Azərbaycan insanının psixalogiyasında daha hansı dəyişikliklərin müşahidə edirsiz?
- Bizim psixologiyamıza təsir edən başqa bir amil Qarabağ konfliktidir. Bu psixologiyamızın dərin qatlarında öz izini qoymuş bir məsələdir. Təəssüf olsun ki biz hələ də məğlub xalq , məğlub cəmiyyət stereotip baxışı altında yaşamaqdayıq.  Ən pisi də budur ki, Qarabağ konfliktində üzləşdiyimiz haqsızlıqlarda  dünya birliyinin ədalətsiz  münasibəti də  daxili aləmimizdə, millətçiliyimizdə, psixologiyamızın gərilməsində öz izlərini qoyur. Bizim istər-iztəməz ədalətə., haqqa inamımız itib. Bəzən təkləndiyimizi düşünürük. Təklik duyğusu da insanda mənfi hislər, özünə qapılma yaradır, nevroz hallarının yaranmasına gətirib çıxardır. Qalan məsələlərdə mən düşünürəmki, bizim xalq kifaqət qədər güclü , möhkəm  və çalışqan xalqdır. Azərbaycanın  2000-ci illərdən bu yana həll etdiyi böyük iqtisadi uğurlar həm sosial, həm mənəvi həyatına müsbət təsir edən amillərdən biridir. Son bir neçə ildə   idman yarışlarında uğurlarımız, avroviziyada qələbəmiz, BMT-nin təhlükəsizlik şurasına üzv olmağımız və beynəlxalq sahədə digər  uğurlarmız millətin əhval-ruhiyyəsinə, psixologiyasına da, güclü bir millət olması fikrinin formalaşmasına da təsir edən amillərdir. Külli halında cəmiyyətin psixoloji durumu dövlətin birbaşa vəziyyəti ilə bağlıdır. Qarabağ hadisələri olmasaydı bu milltin psixolojo durumu qat-qat yaxşı olardı . Baxın, əgər bu xalq 20 il ərzində qələbəyə inamını qoruyub saxlayıbsa, deməli bu  xalq doğurdan da qüdrətli xalqdır.
-Musa müəllim bizdə hansı mədəniyyət üstündür?
-Tarixən biz şərq xalqıyıq.   Bizim genetik kodlarımızda qədim türk mədəniyyəti özünü göstərir. Azərbaycanda yaşayan azsaylı xalqlar da özünün islami və türk köklü mədəniyyəti ilə ortaq azərbaycan mədəniyətini formalaşdırıb. Amma mən Qərb mədəniyyətinin ölkəmizə gəlməsini qəbul edirəm. Azərbaycan bəlkə dünyanın ən unikal dövlətlərindən biridir ki, şərq mədəniyyətindən qərb mədəniyyətinə tolerant şəkildə , harmonk olaraq uyğunlaşıb. Dünyanın müxtəlif ölkələrindən gələn insanlar da bunu sübut edir. Hansı ölkədə həm muğam, həm də opera var. Hansı ölkədə həm saz, həm də caz var. Azərbaycan şərqdə ilk operanın yarandığı ölkədir. Böyük klassik əsərlərimiz muğam üstə yaranıb. Bütün bunlar mədəniyyətimizin zəngilliyinə xidmət edən amillərdir. Bu mənada dünya mədəniyyətinə töhvə verən bir xalqıq, həm də öz mədəniyyətimizi dünya mədənyyətindən bəhrələnərək yaradan bir millətik.
-Azərbaycan cəmiyyətində kütlə psixologoyası üstünlük təşkil edir, Kim nə deyirsə onun arxasınca gedirlər. Bu sosial siyasətə necə təsir edir?
-Ümumiyyətlə kütlə psixologiyası o cəmiyyətlərdə üstünlük təşkil edir ki, orda stabillik azdır. Kütlə psixologiyasının ən dağıdıcı təsirlərini 1990-cı illərdə gördük. Yadınızdadır Azadlıq meydanında Nemət Pənahlının şağrışı ilə minlərlə insan ayaq üstə durub qalxırdı. Müstəqillik bizə çox şeyləri verdi, o cümlədən müstəqil düşünmək və müstəqil qərar vermək bacarığını verdi. Mən düşünürəm ki, artıq Azərbaycanda kütlə psixologiyasından daha çox şəxsi və şəxsiyyətin psixologoyası formalaşmaqdadır.  Cəmiyyət belədir ki, əgər onun önündə lider varsa, nə istədiyini bilirsə və buna görə çalışırsa, eyni zamanda  idarə olunurca ona kütlə demək olmaz. Amma qaraguruhun təsiri altında olan topluma kütlə demək olar.
-Musa müəllim kiməsə, hansısa hadisəyə münasibət bildirəndə də kütlə psixologoyası özünü göstərir?   
- Bilirsiz bu maariflənmə işinin aşağı olması , dünya görüşünün, savadın az olması ilə əlaqədardır. Hesab edirəm artıq cəmyətin özünün də müstəqillk yaşı artdıqca , hadisələrə münasibəti də dəyişir. Artıq ağı qaradan seçməyi bacarırıq.
Ramil Nəcəfli
saglamxeber.com və dermaninfo.az tibbi-informasiya portalları üçün

887


Comments:

Баннер

AYIN KLİNİKASI-MƏRKƏZİ KLİNİKA


DERMANİNFO.AZ saytında siz ay ərzində əhali arasında aparılan sorğular və səhiyyədə göstərdikləri xidmətlərə görə müəyyənləşdirdiyimiz klinikaların aylıq reytinqi ilə tanış ola biləcəksiniz. Bu ayın klinikası MƏRKƏZİ KLİNİKADIR

ƏCZAÇILIQ KİTABI


ƏCZAÇILIĞIN İDARƏ OLUNMASI VƏ İQTİSADİYYATI - Azərbaycan Tibb Universitetinin Əczaçılıq  Texnologiyası və Əczaçılığın Təşkili və İqtisadiyyatı Kafedrası tərəfindən Azərbaycan dilində ilk dəfə ali əczaçılıq təhsilinə aid mühüm tədris vəsaiti və zəngin informasiya bazası olan bu kitab artıq əczaçıların ixtiyarındadır.

AYIN APTEKİ

AYIN APTEKİ - QLÜKOZA APTEKİ


QLÜKOZA FARM MMC Aptek məntəqəsi. Sərfəli qiymət, peşəkar xidmət. Ünvan: Yasamal rayonu, İnşaatçılar metrosunun yanı. Telefonlar: 012-433-74-34,  050-661-74-34

AYIN POPULYAR DƏRMANI


HEPATOLAK məhlul. Laktuloza. Kəskin və xroniki qəbizliklərin müalicəsində işlədici

İstifadəsinə dair göstərişlər

1) Uşaqlarda və böyüklərdə kəskin və xroniki qəbizliklərin müalicəsində işlədici kimi;

2) Hamiləlik dövründə qəbizliyin müalicəsi məqsədilə (2 trimestrdən sonra);

3) Qaraciyər (portal - sistem) ensefalopatiyasının, həmçinin, qaraciyər prekoması və komasının müalicəsi məqsədilə təyin oluna bilər.