Login

SAGLAMTV

saglamtv

youtube.com

Azərbaycanın ən yaxşı həkimləri hamısı bu kanalda
 


Facebook

 

Saytda axtarış

Elan axtarışı


Reklam

EKSKLUZİV VİDEOLAR

GÜNÜMÜZDƏ AKTUAL OLAN MÖVZULARDA HƏKİMLƏRİN SAGLAMTV-DƏ VİDEO ÇIXIŞLARI

VİDEOLAR

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
Home

Qida borusu xərçənginin cərrahi müalicəsi "Bu günki günəcən biz artıq 200-ə qədər xəstəni qida borusu şişinə görə əməliyyat etmişik." Müsahibimiz torakal onkoloq Əbülfəz Soltanovdur


Qida borusu xərçənginin cərrahi müalicəsi
"
Bu günki günəcən biz artıq 200-ə qədər xəstəni qida borusu şişinə görə əməliyyat etmişik."   Müsahibimiz torakal onkoloq Əbülfəz Soltanovdur

Son illərin statistikası Azərbaycanda qida borusu xərçəngindən ölənlərin və həmçinin bu xəstəliklə bağlı həkimlərə müraciətlərin artığını göstərir. Daha acınacaqlısı isə budur ki, əksər xəstələr lazımi mütəxəssisə, xüsusən də onkoloqa müraciət etmir. Əksəriyyət başqa ixtisas həkimlərinə müraciət edərək səmərəsiz müalicə alaraq vaxt itirirlər. Bu itirilmiş zaman ərzində isə xəstəlik dərinləşir və ölüm riski artır. Görəsən nə etmək lazımdır? Bu barədə informasiya vermək üçün saytımızın daimi eksperti, Milli Onkologiya Mərkəzinin Torokal Onkologiya şöbəsinin müdiri, t.e.d, qida borusu xərçəngi əməliyyatlarını hazırda ölkəmizdə icra edən Əbülfəz Soltanov suallarımızı cavablandırır.
-Əbülfəz həkim, torakal onkologiya dedikdə əhalimiz arasında daha çox ağciyər xərçənginin cərrahi müalicəsi başa düşülür. Halbuki döş boşluğunun digər orqanlarının şiş proseslərinin klinikası, diaqnostikası və müalicəsi  də onkologiyanın bu sahəsinin predmetidir. Gəlin torakal onkologiyanın ağciyər xərçəngi kimi  problemli digər şiş xəstəliy kimi qida borusu xərçənginin müalicəsi üzərində dayanaq.
-Torakal onkologiya kimi elmi-praktik bölmə bütövlükdə qöş qəfəsi orqanlarının şiş (bəd və ya xoş xassəli şiş) xəstəliklərinin müayinə və müalicəsi ilə bağlı bir sahəni əhatə edir. Döş boşluğu orqanları olan ağciyər, qida borusu, traxeya, divar aralığı, döş qəfəsinin karkasını təşkil edən sümüklərin (döş sümüyü, qabırğalar və s.) şişləri də məhz torakal onkologiyaya deyilən bir sahənin müayinə və müalicə dairəsindədir.  Bunların arasında özünəməxsus cərrahi müalicə tarixi olan qida borusu xərçəngi ayrılıqda torakal onkologiyanın böyük bir istiqamətdir. Bu haqda ədəbiyyat mənbələrində, eləcə də internet səhifələrində geniş məlumat vardır.  Qida borusu xərçənginin diaqnozunun qoyulması elə də çətinlik yaratmır. Xəstəliyin ilk vaxtlarından xəstəliklə bağlı qida keçməməzliyi (disfagiya) xəstə və müayinə edən həkimlərin diqqətini tez çəkə bilir. Bu xəstəliyin müayinəsi istiqamətində lazım olan adi kontrastlı rentgen və endoskopik müayinə  Respublikamızın periferik rayonlarında belə mümkündür. Bu xəstəliyin dəqiq diaqnozu Azərbaycanın əksər tibb müəssisələrində tez bir zamanda  qoyulur. Ancaq  onun müalicəsi ilə bağlı məsələlər isə ölkəmizdə hazırda ancaq özünə yer tapmaqdadır. Milli Onkologiya Mərkəzinin uyğun şöbəsinin əməkdaşı kimi bu sahənin inkişaf tarixini bilərək deyə bilərəm ki, 2001-ci ilə qədər  qida borusu xərçəngi olan xəstələr Mərkəzimizə ancaq  şüa müalicəsinə göndərilir və ancaq bu müalicəyə cəlb olunurdu. Belə qrup xəstələrə cərrahi yardım olunmurdu.

-Şişlərin kəsilib götürülməsi həmişə icra olunub. Necə olub ki qida borusu şişlərinin kəsilib götürülməsi icra olunmayıb. Bunu nə ilə əlaqələndirirsiz? Qida borusu şişlərinin götürülməsi necə bir əməliyyatdır. Bu cərrahiyyənin özəlliyi nədən ibarətdir?
-Bu əməliyyat qida borusu şişinin kəsilib götürülməli (rezeksion etap) və götürülmüş gida bousu yerinin (qida keciriciliyinin)  bərpası bərpası kimi (rekonstruktiv) mərhələlərdən ibarət bir cərrahi  əməliyyatdır. Qida borusunun rezeksiyası (kəsilməsi) kimi əməliyyatların tarixi dediyim kimi ədəbiyyat mənbələrində, eləcə də internet səhifələrində geniş işıqlandırılmışdır. Rekonstruktiv mərhələdə ayrı-ayrı vaxtlarda nazik və ya yoğun bağırsaq hissəsi, mədənin böyük əyriliyindən hazırlanmış boru şəkilli dilim kəsilmiş qida borusu ucu ilə calanırdı. Biz Mərkəzimizdə rekonstruktiv mərhələdə qarın boşluğundan mobilizə edilmiş, demək olar ki, bütöv mədə (dilimi) ilə qida borusunu calayırıq. Yəni rekonstruktiv-plastik mərhələdə xəstənin öz mədəsi işlədilir. Bununla   qida traktının bərpasını həyata keşirilir.Əslində bu bir momentli iki mərhələli bir əməliyyatdır. Yəni əməliyyatın ilk (birinci) mərhələsində qarın boşluğu açılır. Mədə bağ areolasından (qara ciyər, diafraqma, dalaq, yoğun bağırsaq və s. ilə bağlardan) ayrılır, qidalandırıcı (sağ mədə-piylik) arteriya saxlandıqdan sonra bütün arteriyaları kəsilir, diafraqma ayaqcıqları kəsilir, diafraqma dəliyi genişləndirilir və s. Mədə rekonstruktiv (II mərhələ) mərhələ üşün hazırlanır. II mərhələdə döş boşluğu acılır, qida borusu şişlə və yaxın limfa düyünləri ilə birgə mobilizə olunur, diafraqma dəliyindən döş boşluğuna dislokasiya olunan mədə girəcəyi ilə birgə sağ plevral kümbəzdə kəsilərək (rezeksiya) cıxarılır. Kəsilmiş qida borusu ucu ilə mədə arasında invaginasion tipli calaq yaradılır. Əməliyyatın texniki icrasını qısa şəkildə belə ifadə etmək olar. Əslində şərh və icra etdiyimiz bu əməliyyat həm onkoloji prinsiplərə söykənərək qəbul olunmuş əməliyyat olmaqla bərabər, həmçinin daha funksional bir əməliyyatdır.  Yəqin hiss edirsiz indi necə bir arxayınlıqla bu əməliyyat icrasından danışırıq. Belə əməliyyatların icrasının ilk dövrlərində kecirdiyimiz həyacan və hissləri bu günlə müqayisə etmək belə mümkün deyil. Qida borusu şişlərinin şərh etdiyim A.Lewis tipli rezeksiya əməliyyatları Mərkəzimizdə 2001-ci ildən başlanıb. Belə əməliyyatların icrası ən azı 7-8 saat çəkirdi. Əməliyyat tibb bacıları belə əməliyyatlarının planlaşdırılan gününü çox da xoş hal qarşılamazdılar. Havalar tez qaralanan dövrlərdə əməliyyatdan gec çıxan vaxtları təsəvvür etmək bizim üşün də bu gün tarix kimi yada salınır. Hazırda bu əməliyyatların sürəsi 2,5-4 saat çəkir. Hazırda isə belə bir əməliyyatın icrası isə xəstənin konstitusonal vəziyyətindən asılı olaraq 3-4 saat arası çəkir.
-Necə oldu ki, sizin klinikada belə əməliyyatlar icra olunmağa başlandı?
Mən qürurla deyə bilərəm ki, onkologiyanın bu istiqamətinin cərrahi müalicəsinin formalaşmasında MOM baş direktoru, hörmətli akademikimiz Cəmil Əliyevin xidməti oldu. O bu işin Mərkəzdə formalaşması, təşkilinə həm  çox maraqlı, həm də təşəbbüskarı idi. 2001-ci ildə Bakıda keçirilən Zaqafqaziya ölkələri onkoloqlarının II qurultayına Rusiya Federasiyası N.N. Bloxin adına Onkoloji Elmi Mərkəzinin Baş direktoru, RF EA –nın akademiki M.İ.Davıdov da dəvət olunmuşdu. Qurultay materiallarında Mərkəzimizdə qida borusu şişlərinin cərrahi müalicəsi ilə bağlı heç bir teziz və ya məruzə edilməmişdi. M.İ.Davıdov özü isə bu sahənin professionalı kimi hörmətli akademikimiz Cəmil Əliyevlə bu sahənin inkişafı üçün köməkliyini təklif etmişdi, onlar  bu barədə razılığa gəlmişdi ki, bizdən bir nəfər mütəxəssis gedib N.N. Bloxin adına Onkoloji Elmi Mərkəzinin nəzdində həmin əməliyyatların icrasını öyrənsin. Mən elə həmin onkoloji mərkəzdə 1985-91 –ci illərdə kliniki ordinatura və aspiranturanı bitirdiyimdən qida borusu şişlərinin cərrahı kimi təcrübə almaq üçün məni məsləhət görmüşdülər. Akademik Cəmil Əliyev Moskvaya gedib N.N. Bloxin adına Onkoloji Elmi Mərkəzində qida borusu xərçənginin cərrahiyyəsi üzrə təkmilləşmə kursu keçməyim ilə bərabər doktorantura təklif edəndə, mən bu işin onun dəstəyi ilə Mərkəzimizdə başlamağı təklif etdim. Çünki qida borusu xərçənginin cərrahi müdaxilə üsulları barədə həm nəzəri, həm də Moskva şəhərində ordinatura və aspirantura keçdiyim illərdə praktik biliyə sahib olmuşdum. Lakin N.N. Bloxin adına Onkoloji Elmi Mərkəzin torakal onkologiya şöbəsində belə xəstələrin aparılması zamanı sadəcə assisstenlik etmişdim. Hətta öz yaxın qohumumun Moskvaya qida borusu xərçəngi ilə bağlı əməliyyatında da iştirak etmişdim. İndi o xəstə yaşıyır. Artıq praktiki olaraq ölkəmizdə belə əməliyyatları icra etməyin  zamanı yetişmiş idi. Akademik Cəmil Əliyevin dəstəyilə biz qida borusu xərçəngi ilə Milli Onkologiya Mərkəzinə üz tutan xəstələri cərrahi əməliyyat etməyə qərar verdik. Lakin 2001 –ci ildə, bu işin başlanğıcında ilk 4 ay ərzində xəstə və yaxınlarını bu tip əməliyyat icrası üçün razı sala bilmirdik. İnsanlar hələ güvənmirdilər. Təcrübəli mütəxəssis sorağılə xaricə üz tuturdular ya da sadəcə şüa müalicəsilə kifayətlənirdilər. Xəstə yaxınlarını əməliyyatın uğurlu olacağına əmin etsək də onları Mərkəzdə belə əməliyyatların icra olunmamasına görə inandıra bilmirdik, buna görə də xəstələr belə tip əməliyyatları  istəmirdilər. 2001-ci ildə 75 yaşlı bir kişi üzərində qida borusunun bədxassəli şişi ilə əlaqədar cərrahi əməliyyat etdik. Xəstə 2 gündən sonra böyrək çatmamazlığından öldü. Lakin buna baxmayaraq biz buzu sındırdıq. İlk təcrübəmizi qazandıq. Bu tip xəstələrin  əməliyyatı üçün cərrahi icranın texniki tələbləri kimi, xüsusi anestioloji və əməliyyatdan sonrakı yaxın dövrün aparılmasının  reanimatoloji tələbləri də var. Çatışmazlıqlar təcrübə qazandıqca aradan qalxırdı. Cərrahi icranın texniki tərəflərinin mükəmmələşməsi ilə bəraabər anestioloji və əməliyyatdan sonrakı yaxın dövrün aparılmasının  reanimatoloji tərəfləri də mükəmməlləşirdi. İlk təcrübəmiz dövründə - 2001-ci ildə əməliyyat etdiyimiz sıra hesabı ilə 3-cü xəstə hələ də yaşıyır. Bu günki günəcən biz artıq 200-ə qədər xəstəni qida borusu şişinə görə əməliyyat etmişik. Artıq müraciət edən xəstələrin əksəriyyəti şüa müalicəsi ilə müqayisədə cərrahi əməliyyatı üstün tuturlar. Biz artıq qida borusunun cərrahi müalicəsi ilə bağlı mütəxəssis olaraq xeyli təcrübə əldə etmişik.                         
-Əməliyyatın fəasadları barədə nə deyə bilərsiniz?
-Yeri gəlmişkən, onu qeyd etməliyəm ki, Azərbaycanda qida borusu xərçənginin cərrahi əməliyyatları ilk dəfə F.Əfəndiyev adına 4 saylı xəstəxanada epizodik olaraq icra olunmuşdur. Dayanıqlı təcrübə nəticələri əldə edilmədiyindən, sonrakı dövrlərdə belə əməliyyatlar M.Topçubaşov adına ETECİ (Elmi tədqiqat eksperimental cərrahiyə institutunda) döş cərrahiyəsi şöbəsində professor Çərkəz Cəfərov tərəfindən icra edilib. Vaxtaşırı belə əmliyyatların icrası üçün  Moskva şəhərindən Cərrahiyyə Mərkəzinin professoru Çernousov dəvət olunurdu. Belə praktika keçən axır 2 ilə qədər sürürdü. Hazırda özəl xəstəxanaların bir qismində ara sira belə əməliyyatların yaxın xarici ölkələrdən dəvət olunmuş ixtisasçılar tərəfdən icrasını eşitmək olur. Fəxrlə deyə bilərəm ki, Milli Onkologiya Mərkəzində qida borusu şişlərinin cərrahi müalicəsi dayanıqlı təcrübəyə söykənərək davam etdirilir və yüksək nəticələr əldə edilməkdədir. Belə tip əməliyyatların fəsadlarına gəlincə, deməliyəm ki, qida borusun böyük bir qismi kəsilib götürüldükdən sonra mədə ilə qida borusu calaq edilib birləşdirilir. Qida borusu şişlərinin cərrahiyəsinin tarixi boyu qida borusu-mədə calağının tikişlərinin tutmamazlığı kimi fatal (öldürücü) və bir sıra digər fəsadlar ucbatından bu əməliyyat icrasından vaz keçməyin əsas səbəbi olmuşdur. Təcrübəmizin ilk dövrlərində biz də belə fəsadlarla rastlaşırdıq.  Onu da vurğulayım ki, bu sahənin statistik məlumatlarına əsasən, qida borusunun xərçənginin cərrahi müalicəsi ilə məşğul olan cərrahların öz təcrübəsinin ilk 3 ilindəki fəsadları növbəti 3 illikli dövrlərlə müqayisədə daha çox olur. Milli Onkologiya Mərkəzində qida borusu cərrahiyyəsinin təməli 2001-ci ildə qoyuldu və ilk əməliyyatlarıı mən icra elədim. Yenə də vurğulayım ki, qida borusu cərrahiyyəsində yanaşı gedən ən arzuolunmaz fəsadlaşma calaq tikişinin açılmasıdır. Bu fəsad əvvəllər sanki həmin əməliyyatları qara bulud kimi izləyirdi. Hər bir uğur qeyri adi sevinclə, uğursusluq isə kədərlə qarşılanırdı. Belə fəsadların profilaktik tədbirləri üzərində düşünərək, nəzəri və praktiki aparma qaydalarına riyayət edərək fəsadlar sayı və faizlərini yoxa qədər endirə bilmişik. Maraqlıdır ki, son illərdə biz calaq tikişlərinin tutmamazlığı kimi fəsadla rastlaşmırıq. Yanaşı xəstəliklərlə bağlı olan terapevtik ağırlaşmalar fəsadlarımız arasında üstünlük təşkil edir. Belə fəsadlar isə uyğun terapevtik, reanimatoloji aparmalar nəticəsində aradan qaldırıla bilir. 2 həftə əvvəl qida borusu xərçəngi ilə bağlı  əməliyyat etdiyimiz bir xəstədə tamamilə başqa bir fəsadın şahidi olduq. Dediyim  xəstədə əməliyyatın səhəri günü arterial təzyiqqin dəyişməsi ilə bağlı böyrək çatmamazlığı, sonradan ürək ağciyər çatmamazlığı kimi ağır, təhlükəli bir fəsad baş verdi. Xəstə süni tənəffüs aparatına qoşuldu. 8 gündən sonra onu reanimatoloqlarımız aparatdan ayıra bildilər. Xəstənin vəziyyəti yaxşılaşdı. Bütün bu ağır fəsadlar fonunda calaq tikişi problemi olmadı. Süni tənəffüs aparatından ayrılan günü qidalandırılmağa başlandı. Mərkəzimizin belə əməliyyat icrası üçün hazırda ixtisaslaşmış anestezioloji və reanimatoloji kadrları və müvafiq dövrü standartlara uyğun avadanlığı vardır.
-Sonda zəhmət olmasa qida borusu xərçənginə gətirirb çıxaran səbəbləri də sadalayın ki, əhali bilmiş olsun.
-Əvvəla bildiyiniz kimi, qida (yemək) borusu ağız yolu ilə qəbul edilən və udulan qidaların mədəyə daxil olmasını təmin edir. Udlaqdan mədəyə qədər uzanan düz və boruşəkilli bir orqandır. Səbəblər sırasına yeməklərin münasib şəkildə yeyilməməsi, ağız gigiyenasına əməl edilməməsi, qaynar və çox isti yemək, həddən çox tütün, siqaret çəkmək, uzun müddət spirtli içki qəbulu, içməli suda nitrat dozasının çoxluğu və sairəni göstərmək olar.
-Doktor, məndə yeni bir sual da yarandı. Yemək borusu xərçəngi kimlərdə daha çox rast gəlinir?
-Yaşlı adamlarda, əksər vaxt kişilərdə, kök adamlarda, siqaret çəkənlərdə, xroniki alkoqoliklərdə, qida borusu xəstəliklərindən biri olan akalazada, qəza və ya intihar məqsədilə toksik maddə içənlərdə, sosial-iqtisadi durumu yaxşı olmayanlarda, xroniki reflüks xəstəliyinə bağlı olan Barret ezafaqusun inkişaf etmiş mərhələsində daha çox rast gəlinir.
-Hansı əlamətləri ilə bəlli olur qida borusu xərçəngi?
-Misal üçün, qidanın udulması zamanı ağrılı olur. Udma çətinləşir, daralma hiss olunur. Xəstələrin 90%-də ciddi çəki azalması görsənir. Habelə qusma və ya udulan qidaların ağıza geri qayıtması, səsin tonunun pisləşməsi, öskürək, bir sıra hallarda qan qusma və ya ağızdan qan gəlmə kimi əlamətlərə rast gəlinir. Yeri gəlmişkən udma çətinliyi çəkən xəstələrin mütəxəssis onkoloqa da müraciət etməsi vacibdir. Təbii ki, insanlar bu durumda çox vaxt həkimə müraciət edəndə əksər hallarda tibbi xətalara və zaman itirilməsinə gətirib çıxarır. Məncə xəstə udma çətinliyi çəkdiyi zaman ilk əvvəl ümumi cərraha müraciət etsə yaxşıdır. Bacarıqlı və təcrübəli cərrahlar, burun-boğaz, qulaq həkimləri və qastroenteroloqlar qida borusu xəstəlikləri ilə məşğul olsalar da xərçənglə rastlaşdıqları zaman mütəxıssis onkoloqla bilik-təcrübə mübadiləsi edirlər. Lakin bu xəstəliyin cərrahi müalicəsi ölkəmizdə hələ yeni-yeni başladığına görə istər həkimlər, istərsə də xəstələr olduqca xəbərsizdir. Ona görə də sizin bu maarifləndirici addımlarınızı biz çox alqışlayırıq. Vaxtında peşəkar mütəxəssisə müraciət yüzlərlə insanımızın həyatını xilas edə bilər.
Müsahibimiz haqqında:
Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin Torakal Onkologiya SOLTANOV ƏBÜLFƏZ AĞASOLTAN OĞLU,1985–ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakultəsini “fərqlənmə” diplomu ilə bitirmiş, 1985-87 –ci illərdə Moskva şəhərində, SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin torakal onkologiya şöbəsində kliniki ordinatura bitirmiş, 1987-88 –ci illərdə Azərbaycan SSR Elmi Tədqiqat Rentgenalogiya, radiologiya və onkologiya institutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1988 - 91 –ci illərdə SSRİ ÜOEM -in torakal onkologiya şöbəsində aspirantura keçmişdir.
1991 ci ilin may ayının 23 –də “Ağciyər xərçənginin cərrahi müalicəsinin çətinlikləri, səhvləri və fəsadları” mövzusunda tibb elmləri namizədi alimlik dərəcəsini  almaq üçün dissertasiya işini vaxtından əvvəl bitirərək müdafiə etmiş, dissertasiya işi 1991 ci ilin avqust ayının 7-də SSRİ Nazirlər Şurasının Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilmişdir.
1991-1992 –ci illərdə ARSN Onkoloji Elmi Mərkəzində kiçik elmi işçi vəzivəsində çalışmışdır.
1992 –ci ilin iyun ayında Ordu sıralarına çağrılmış, 1992 - 1999 –cu illər Azərbaycan Respublikası Müdafiyyə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının döş qəfəsi cərrahiyyə şöbəsinin rəisi vəzifəsində çalışmışdır.
1999 –cu ildə müsabiqə yolu ilə Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin torakal onkologiya bölməsinin rəhbəri vəzifəsinə seçilmiş və bu günə kimi həmin vəzifədə çalışır.
Ə.A.Soltanov bu müddət ərzində özünü bacarıqlı cərrah-onkoloq kimi göstərmişdir. Daimi olaraq öz ixtisasını və biliyinin artırmaq üzərində çalışır. Yüksək yaradıcılıq qabiliyyətinə malikdir, əməksevərdir.
Ə.A.Soltanov praktiki işlə yanaşı elmi axtarışlarla da məşğul olur. Dəfələrlə ölkəmizdə və xaricdə keçirilmiş elmi konfranslarda, qurultaylarda iştirak etmişdir. Bir monoqrafiyanın, 115 elmi məqalə və tezisin müəllifidir.
2005-ci ildən “Azərbaycan Respublikasında ağciyər xərçənginin yayılmasının kliniko- epidemioloji xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyası üzərində işləmiş və müvəffəqiyyətlə müdafiə etmişdir. Hazırda tibb elmləri doktoru elmi adına layiq görülmüşdür.
Ə.A.Soltanov ailəlidir, 2 uşağı var.
Həkim-mütəxəssislə əlaqə telefonu:
431-19-75, 431-56-57
Mobil: 050-319-91-77, 070-319-91-77
Onkoloq-cərrah, tibb elmləri doktoru Əbülfəz Soltanovun praktiki olaraq cərrahi əməliyyatlarının görüntülərini aşağıdakı linkə klik edərək baxa bilərsiniz

Müsahibəni aldı: Ramil Nəcəfli, tibbi jurnalist

 

Comments:

Баннер

AYIN KLİNİKASI-MƏRKƏZİ KLİNİKA


DERMANİNFO.AZ saytında siz ay ərzində əhali arasında aparılan sorğular və səhiyyədə göstərdikləri xidmətlərə görə müəyyənləşdirdiyimiz klinikaların aylıq reytinqi ilə tanış ola biləcəksiniz. Bu ayın klinikası MƏRKƏZİ KLİNİKADIR

ƏCZAÇILIQ KİTABI


ƏCZAÇILIĞIN İDARƏ OLUNMASI VƏ İQTİSADİYYATI - Azərbaycan Tibb Universitetinin Əczaçılıq  Texnologiyası və Əczaçılığın Təşkili və İqtisadiyyatı Kafedrası tərəfindən Azərbaycan dilində ilk dəfə ali əczaçılıq təhsilinə aid mühüm tədris vəsaiti və zəngin informasiya bazası olan bu kitab artıq əczaçıların ixtiyarındadır.

AYIN APTEKİ

AYIN APTEKİ - QLÜKOZA APTEKİ


QLÜKOZA FARM MMC Aptek məntəqəsi. Sərfəli qiymət, peşəkar xidmət. Ünvan: Yasamal rayonu, İnşaatçılar metrosunun yanı. Telefonlar: 012-433-74-34,  050-661-74-34

AYIN POPULYAR DƏRMANI


HEPATOLAK məhlul. Laktuloza. Kəskin və xroniki qəbizliklərin müalicəsində işlədici

İstifadəsinə dair göstərişlər

1) Uşaqlarda və böyüklərdə kəskin və xroniki qəbizliklərin müalicəsində işlədici kimi;

2) Hamiləlik dövründə qəbizliyin müalicəsi məqsədilə (2 trimestrdən sonra);

3) Qaraciyər (portal - sistem) ensefalopatiyasının, həmçinin, qaraciyər prekoması və komasının müalicəsi məqsədilə təyin oluna bilər.