Login

SAGLAMTV

saglamtv

youtube.com

Azərbaycanın ən yaxşı həkimləri hamısı bu kanalda
 

 

Reklam (yeni)

Saytda axtarış

Facebook

 

Elan axtarışı


Reklam

EKSKLUZİV VİDEOLAR

GÜNÜMÜZDƏ AKTUAL OLAN MÖVZULARDA HƏKİMLƏRİN SAGLAMTV-DƏ VİDEO ÇIXIŞLARI

 

VİDEOLAR

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
Home

HELMİZOL. 200 mq tabletlər. Albendazole. Benzimidazol qrupuna aid olan geniş təsir spektrinə malik antihelmint preparat


HELMİZOL 200 mq tabletlər

Dərman  vasitəsinin istifadəsi  üzrə  təlimat (xəstələr üçün) 

HELMİZOL

Beynəlxalq patentləşdirilməmiş adı: Albendazole

Tərkibi:

Təsiredici maddə: 1 tabletin tərkibində 200 mq albendazol vardır.

Köməkçi maddələr: natrium saxarin, titan 4-oksid.

ATC kodu: R02CA03

Farmakoloji xüsusiyyətləri

Albendazol benzimidazol qrupuna aid olan geniş təsir spektrinə malik antihelmint preparatdır. Müxtəlif növ nematodlar və bəzi sestodların törətdiyi helmintozlar zamanı effektivdir.

Geniş təsir spektri, qəbulunun xüsusi pəhriz tələb etməməsi, qida qəbulundan asılı olmaması,   minimal əlavə təsirləri onu epidemik zonalarda bağırsaq helmintozlarında kütləvi surətdə tətbiq etməyə imkan verir. Uzunmüddətli qəbul zamanı albendazol Echinococcus granulosus-in sürfə və kista formalarına münasibətdə də effektivdir.

Albendazol helmintlərin ona həssas hüceyrə tubulininə birləşir və mikrotubulinin sintezinə mane olur. Bunun nəticəsində sitoplazmatik dəyişikliklər gedərək qlükozanın mənimsənilməsi azalır, qlikogen ehtiyatı tükənir, ATF sintezi azalır, bu da helmintin məhv olmasına səbəb olur. Albendazol daxilə qəbul zamanı yaxşı sorulur (yağlı qida qəbulu absorbsiyanı artırır). Qaraciyərdə aktiv metabolit olan albendazol sulfoksidə çevrilir.

400 mq albendazolun daxilə qəbulundan 2 saat sonra onun qanda səviyyəsi 0,25-0,30 mkq/ml-ə çatır. Yarımxaricolma müddəti 8,5 saat təşkil edir. Sidiklə metabolitlər şəklində xaric olur.

İstifadəsinə  göstərişlər

Helmizolu aşağıdakı bağırsaq helmintozlarının müalicəsi məqsədilə təyin edirlər:

Nematodozlar:

Askaridoz (Ascaris lumbricoides)

Enterobioz (Oxyuris (enterobius) vermicularis)

Ankilostomoz (Ancylostoma duodenale)

Nekatoroz (Necator americanus)

Trixinellyoz (Trichuris trichiura)

Strongiloidoz (Strongyloides stercoralis)

Trixostrongilyoz (Trichostrongylus)

Kapillyarioz (Capillaria philipensis)

Toksokaroz (Toxocara canis)

Sestodozlar:

Tenioz (Taenia saginata)

Teniarinxoz (Taenia solium)

Himenolepidoz (Hymenolepis nana)

Qarışıq helmintozlar.

Exinokokkoz (Echinococcus granulosus)

Exinokokkozun müalicəsi əsasən cərrahi yolladır. Lakin cərrahi müdaxiləyə əks göstərişlər olduqda, xəstə əməliyyatdan imtina etdikdə, əməliyyatdan sonra təkrar yoluxma olduqda və ya əməliyyat zamanı kista dağıldıqda Helmizol təyin olunmalıdır.

Əks göstərişlər

Albendazola qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər

Qaraciyər, böyrək və hemopoezin funksional çatışmazlığı zamanı ehtiyatla təyin edilir.

Bəzən albendazolun qəbulundan sonra başgicəllənmə, yuxululuq ola bilər ki, bu haqda nəqliyyat vasitələrini idarə edən şəxslər məlumatlandırılmalıdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Albendazol, digər benzimidazol törəmələri (mebendazol, tiabendazol) kimi, hamiləlik və ya hamiləliyə şübhə olduqda təyin olunmur. Belə ki, o, teratogen və embriotoksik xüsusiyyətə malikdir.

Albendazolun ana südünə keçməsi haqqında məlumat yoxdur. Lakin laktasiya dövründə təyinat zamanı ehtiyatlı olmaq lazımdır.

Dərmanlarla qarşılıqlı təsiri

Metamizol albendazol sulfoksidin güclü inhibitorudur, ona görə də birgə qəbul zamanı plazmada albendazol sulfoksidazanın səviyyəsi azala bilər. Deksametazon albendazol sulfoksidin əmələ gəlməsini stimulə edir, bu da sonuncunun plazma konsentrasiyasını artırır. Yağlı qida qəbulu zamanı albendazolun plazma konsentrasiyası yüksəlir.

Laborator testlərə təsiri:

Keçici olaraq alaninaminotransferaza (ALT, SGPT) və ya aspartataminotransferazanın (AST, SGOT) səviyyəsinin yüksəlməsi müşahidə oluna bilər.

GÖZLƏNİLMƏZ EFFEKTLƏR MEYDANA ÇIXARSA HƏKİMƏ MÜRACİƏT EDİN.

İstifadə qaydası və dozası

Nematodozların müalicəsi üçün- enterobioz (Enterobius vermicularis), askaridoz

(Ascaris lumbricoides), ankilostomoz (Ancylostoma duodenale), trixosefalyoz

(Trichuris trichiura) zamanı- 2 yaşa qədər uşaqlara 200 mq (1 tablet) birdəfəlik dozada, 2 yaşdan böyük uşaqlara və böyüklərə 400 mq (2 tablet) birdəfəlik dozada təyin olunur. Təkrar müayinələrdən sonra ehtiyac olarsa müalicəni 3 həftədən sonra təkrarlamaq olar.

Strongiloidozda (Strongyloides),2 yaşa qədər uşaqlara 200 mq (1 tablet) sutkada, 3 gün.

2 yaşdan böyük uşaqlara və böyüklərə 400 mq (2 tablet) sutkada, 3 gün. Təkrar müayinələrdən sonra ehtiyac olarsa müalicəni 3 həftədən sonra bir daha təkrarlamaq olar.

Toksokaroz (Toxocara canis) zamanı- 12 yaşa qədər uşaqlara sutkalıq doza 10 mq /kq olmaqla 2-3 qəbula bölünmək şərtilə 5 gün müddətində, 12 yaşdan böyük uşaqlara və böyüklərə sutkalıq doza 10 mq/kq olmaqla, 10-20 gün müddətində təyin olunur.

Kapillyarioz (Capillaria philipensis) zamanı- 1-12 yaşlı uşaqlara 200 mq (1 tablet) sutkada 2 dəfə 10 gün, 12 yaşdan böyük uşaqlara və böyüklərə 400 mq (2 tablet) sutkada 10 gün müddətində təyin olunur.

Sestodozların müalicəsi məqsədilə- teniarinxoz (Taenia saginata) zamanı- 2 yaşa qədər yaşlı uşaqlara 200 mq (1 tablet) sutkada 3 gün, 2 yaşdan böyük uşaqlara və böyüklərə 400 mq (2 tablet) sutkada 3 gün müddətində təyin olunur. Təkrar müayinələrdən sonra ehtiyac olarsa müalicəni 3 həftədən sonra bir daha təkrarlamaq olar.

Exinokokkoz zamanı-1-12 yaşlı uşaqlara 7,5 mq/kq, sutkada 2 dəfə yemək zamanı, 8-30 gün müddətində 3 kurs təyin olunur. 12 yaşdan böyük uşaqlara və böyüklərə 30 gün ərzində gündə 2 dəfə (səhər və axşam) 400 mq və ya 10 mq/kq sutkada (5 mq/kq səhər və 5 mq/kq axşam) 30 gün müddətində təyin olunur.Təkrari kurslar (3-6) 14 günlük fasilələrlə aparılır. Sümük kistaları müalicəyə pis tabe olur. Buna görə də yaxşılaşma müşahidə olunmursa müalicəni saxlamaq lazımdır.

Əlavə təsirləri

Albendazol orqanizm tərəfindən yaxşı qəbul edilir. Albendazolun əlavə təsirləri plasebo ilə müqayisədə çox nadir hallarda rast gəlir. Toksi təsiri müşahidə olunmayıb. Aşağıdakı əlavə təsirlər müşahidə oluna bilər: ürəkbulanma, qusma, qarında ağrı, ishal, anoreksiya, başağrısı, başgicəllənmə, neytropeniya.

Doza həddinin aşılması

Spesifik antidotu yoxdur. Doza artıq olarsa simptomatik müalicə təyin olunur. Mədəni yumaq və xəstədə qusma aktı törətmək lazımdır. Sonra aktivləşdirilmiş kömür və işlədici verilməlidir.

Buraxılış forması

6 və ya 40 ədəd 200mq-lıq  tablet blisterdə, içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Digər buraxılış formaları:

HELMİZOL 2%-li suspenziya-20 ml.

Saxlanma şəraiti

300C-dən aşağı temperaturda, qutuda olmaq şərtilə qaranlıq və uşaqların  əli çatmayan yerdə saxlanmaldır.

Yararlılıq müddəti

4 ildir.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Həkim reseptilə buraxılır.

İstehsalçı

Biofarma İlaç San. və Tic. A.Ş. Samandıra / İSTANBUL

Lisenziyanın tarixi və nömrəsi: 08.11.1993-166/66

Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasında təsdiq edilmişdir

Eksklüziv distribütor: «REFARMA» şirkəti.

AZ 1000, Мirəli Seyidov küç., 19 A
Tel.: (99412) 448 19 30, 533 06 01, 533 02 03
E-mail: Этот e-mail адрес защищен от спам-ботов, для его просмотра у Вас должен быть включен Javascript
Web: www.repharma.com

Comments:

Баннер

AYIN KLİNİKASI-MƏRKƏZİ KLİNİKA


DERMANİNFO.AZ saytında siz ay ərzində əhali arasında aparılan sorğular və səhiyyədə göstərdikləri xidmətlərə görə müəyyənləşdirdiyimiz klinikaların aylıq reytinqi ilə tanış ola biləcəksiniz. Bu ayın klinikası MƏRKƏZİ KLİNİKADIR

ƏCZAÇILIQ KİTABI


ƏCZAÇILIĞIN İDARƏ OLUNMASI VƏ İQTİSADİYYATI - Azərbaycan Tibb Universitetinin Əczaçılıq  Texnologiyası və Əczaçılığın Təşkili və İqtisadiyyatı Kafedrası tərəfindən Azərbaycan dilində ilk dəfə ali əczaçılıq təhsilinə aid mühüm tədris vəsaiti və zəngin informasiya bazası olan bu kitab artıq əczaçıların ixtiyarındadır.

AYIN APTEKİ

AYIN APTEKİ - QLÜKOZA APTEKİ


QLÜKOZA FARM MMC Aptek məntəqəsi. Sərfəli qiymət, peşəkar xidmət. Ünvan: Yasamal rayonu, İnşaatçılar metrosunun yanı. Telefonlar: 012-433-74-34,  050-661-74-34

AYIN POPULYAR DƏRMANI


HEPATOLAK məhlul. Laktuloza. Kəskin və xroniki qəbizliklərin müalicəsində işlədici

İstifadəsinə dair göstərişlər

1) Uşaqlarda və böyüklərdə kəskin və xroniki qəbizliklərin müalicəsində işlədici kimi;

2) Hamiləlik dövründə qəbizliyin müalicəsi məqsədilə (2 trimestrdən sonra);

3) Qaraciyər (portal - sistem) ensefalopatiyasının, həmçinin, qaraciyər prekoması və komasının müalicəsi məqsədilə təyin oluna bilər.