Login

SAGLAMTV

saglamtv

youtube.com

Azərbaycanın ən yaxşı həkimləri hamısı bu kanalda
 


Facebook

 

Saytda axtarış

Elan axtarışı


Reklam

EKSKLUZİV VİDEOLAR

GÜNÜMÜZDƏ AKTUAL OLAN MÖVZULARDA HƏKİMLƏRİN SAGLAMTV-DƏ VİDEO ÇIXIŞLARI

VİDEOLAR

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
Home

RASATRAN. Trandolapril 1 mq, 2 mq. Essensial arterial hipertenziya. Xroniki ürək çatışmazlığı


RASATRAN®

Tərkibi:
Trandolapril 1 mq, 2 mq

Farmakodinamika

Trandolopril dərman sələfi olub, orqanizmdə hidrolizə uğradıqdan sonra aktiv maddə olan trandoloprilata çevrilərək angiotenzin II əmələ gəlməsinin qarşısını alır. Angiotenzin II sintezinin tormozlanması onun damargenışləndirici və simpatik innersvasiyaya stimullaşdırıcı təsirini azaldır, aldosteronun sintezini azaldır. Bradikinin deqradasiyasını zəiflədir, prostaqlandinlərin sintezini artırır.

Preparatın hipotenziv effekti reninin plazmadakı konsentrasiyasından asılı deyil: AT-in hormonun normal və ya aşağı konsentrasiyada olduqda aşağı düşməsi toxuma renin-angiotenzin sisteminə təsiri ilə bağlıdır.

Koronar və böyrək qan dövranını yaxşılaşdırır. Uzunmüddətli istifadəsi zamanı miokard və rezistent tipli arteriya damarlarının hipertrofiyasını azaldır. İşemiyaya uğramış miokardın qan dövranını yaxşılaşdırır.   Diurezi artırır, kaliumun xaric olmasını ləngidir.  Trombositlərin aqreqasiyasını azaldır.

Hipotenziv effekt  qəbuldan 1 saat sonra müşahidə olunur, 8-12 saat ərzində maksimala çatır və 24 saat ərzində saxlanılır.

Farmakokinetika
MBT-də absorbsiyaya uğrayır. Qaraciyərdə metabolizmə uğradıqdan sonra aktiv metabolit trandoloprilata çevrilir. Trandoloprilin biomənimsənilməsi 10%, trandoloprilatın biomənimsənilməsi 40-60 % təşkil edir və qida qəbulundan asılı deyil. Qəbul olunduqdan 30 dəq. sonra qan plazmasında maksimal qatılığa çatır. Trandolaprilin yarımxaricolma dövrü 1 saat təşkil edir. Trandolaprilin plazma zülalları ilə birləşmə qabiliyyəti 80%, trandoloprilatın isə 94 % təşkil edir. Effektiv yarımxaricolma dövrü 16-24 saat, terminal yarımxaricolma dövrü isə dozadan asılı olaraq 47-98 saat təşkil edir. 67% bağırsaqla, 33% böyrəklər vasitəsilə xaric olur.

İstifadəsinə göstərişlər

-          Essensial arterial hipertenziya;

-          Xroniki ürək çatışmazlığı (həmçinin, miokard infarktının 3-cü günündən etibarən sol mədəciyin vurğu həcminin azalması ilə əlaqədar inkişaf edən ürək çatışmazlığının ikincili profilaktikası)

Əks göstərişlər

  • Preparata qarşı yüksək fərdi həssaslıq;
  • Angionevrotik ödem (həmçinin digər AÇF inhibitorları ilə müalicə zamanı müşahidə olunan);
  • İrsi/idiopatik angionevrotik ödem;
  • Hamiləlik;
  • Laktasiya dövrü;
  • 18 yaşa qədər uşaqlar.

Xəbərdarlıq
Preparat aortal stenozlu və sol mədəciyin çıxarıcı traktının obstruksiyası olan xəstələrə təyin olunmamalıdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik zamanı və laktasiya dövründə preparatın  istifadəsi əks göstərişdir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Sidikqovucular
Diuretiklər və digər antihipertenziv vasitələr trandolaprilin hipotenziv təsirini gücləndirə bilər. Adrenoblokatorlar trandolaprillə birgə yalnız ciddi nəzarət altında qəbul oluna bilər.  Kaliumqoruyucu diuretiklər və ya kalium preparatları hiperkaliemiya riskini yüksəldir.

Şəkərsalıcı vasitələr
Trandolaprili də şəkərsalıcı preparatlarlabirgə istifadə etdikdə hipoqlikemik effekt güclənə bilər və hipoqlikemiya riski arta bilər.

Litium
Trandolapril litiumun xaric olmasını ləngidə bilər.

Digərləri
AÇF inhibitorları qəbul edən xəstələrdə yüksək keçiriciliyə malik poliakrilonitril membranları ilə aparılan dializ anafilaktoid reaksiyaya səbəb ola bilər. Sitostatiklər, immunosupressiv vasitələr və sistem kortikosteroidlər AÇF inhibitorları ilə müalicə zamanı təyin olunduqda leykopeniyanın inkişaf riskini yüksəldə bilər. Sol mədəcik çatışmazlığı olan və miokard infarktı kecirmiş xəstələrdə trandolaprilin trombolitiklər, aspirin, beta-blokatorlar, kalsium kanalı blokatorları, nitratlar, antikoaqulyantlar və ya digoksinlə nəzərəçarpan qarşılıqlı təsiri qeyd edilməmişdir.

İstifadə qaydası və dozası:
Rasatran kapsulları qidadan asılı olmadan, bütöv şəkildə, çoxlu miqdarda maye ilə qəbul olunur. Dozanın miqdarından asılı olmayaraq, Rasatran gündə 1 dəfə qəbul olunur. Preparat hər gün eyni vaxtda qəbul olunmalıdır. Fərdi doza həkim tərəfindən təyin olunur.

Arterial hipertenziya
Xroniki ürək çatışmazlığı olmayan arterial hipertenziyalı xəstələr üçün məsləhət görülən başlanğıc doza 0,5 mq-  2 mq/gün təşkil edir. Klinik effektlilikdən asılı olaraq, 1-4 həftədən sonra trandolaprilin dozasını ikiqat artırmaq və maksimal dozaya- 4-8 mq/gün-ə çatdırmaq mümkündür. Effekt əldə olunmadıqda və ya 4-8 mq/gün dozada trandolaprillə müalicəyə adekvat cavab alınmadıqda, müalicəyə diuretiklər və/ və ya kalsium kanalı blokatorları əlavə etməklə kombinəolunmuş müalicə aparmaq olar.

Sol mədəciyin miokard infarktından sonrakı disfunksiyası
Kəskin miokard infarktının 3-cü günündən etibarən başlanğıc doza 0,5- 1 mq/gün təşkil edir, sonra birdəfəlik gündəlik doza 4 mq-a qədər artırılır. Vazodilatatorlarla aparılan yanaşı müalicə zamanı hipotenziya inkişaf edərsə, onların dozası azaldılmalıdır. Trandolaprilin dozası yalnız yanaşı aparılan müalicədəki dəyişikliklər effektsiz olduqda və ya bu dəyişikliklər mümkün olmadıqda azaldılmalıdır.

Yaşlı xəstələr
Böyrək və qaraciyər funksiyaları normal olan yaşlı xəstələrdə dozanın korreksiyasına ehtiyac yoxdur. Böyrək və qaraciyər funksiyaları pozulmuş, sidikqovucular qəbul edən xroniki ürək çatışmazlığı olan xəstələrdə trandolaprilin dozası ehtiyatla, arterial təzyiqi nəzarətdə saxlamaqla artırılmalıdır.

Diuretiklərin qəbulundan əvvəl
Hipotenziya riskini azaltmaq üçün  müalicəyə başlamazdan 2-3 gün əvvəl sidikqovucu preparatların qəbulunu dayandırmaq lazımdır. Sonra lazım gələrsə, diuretiklərlə müalicə yenidən bərpa oluna bilər.

Ürək çatışmazlığı
Qeyd olunan xəstə qrupunda müalicə stasionarda, ciddi həkim nəzarəti altında  0,5 mq-1 mq/gün dozada trandolapril təyin olunmaqla aparılmalıdır.

Böyrək çatışmazlığı
Yüngül böyrək çatışmazlığı olan xəstələrə (kreatinin klirensi 30-70 ml/ dəq.) trandolaprili adəti dozada qəbul etmək məsləhət görülür. Kreatinin klirensi 10-30 ml/dəq. olarsa, başlanğıc doza 0,5 mq/gün-ü aşmamalıdır. Ağır böyrək çatışmazlığı olan xəstələrdə (kreatinin klirensi 10 ml/dəq.-dən az) müalicəyə 0,5 mq/gün doza ilə başlamaq və gələcəkdə dozanı artırarkən 2 mq/gün-ü aşmamaq məsləhət görülür. Bu qrup xəstələrdə trandolaprillə müalicə ciddi həkim nəzarəti altında aparılmalıdır.

Qaraciyərin funksional çatışmazlığı
Ağır qaraciyər çatışmazlığı olan xəstələrdə qaraciyərin metabolik funksiyasının zəifləməsi nəticəsində plazmada trandolapril və onun aktiv metabolitinin – trandolaprilatın səviyyəsinin artması müşahidə oluna bilər. Müalicəyə gündə 0,5 mq qəbul etməklə, ciddi nəzarət altında başlamaq lazımdır.

Buraxılış forması
Kapsul N 28

İstehsalçı
Pharmathen S.A., Dervenakion 6, Pallini 15351, Attiki, Yunanıstan

Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasında təsdiq edilmişdir

Rəsmi distribyuter: “Velfar” şirkəti

Ünvan:     6-cı mkr., S.Məmmədova küçəsi 207A, AZ 1114 Bakı / Azərbaycan

Tel:         (+994 12) 513-19-45

              (+994 12) 513-29-49

Faks:       (+994 12) 569-84-46

E-mail:     Этот e-mail адрес защищен от спам-ботов, для его просмотра у Вас должен быть включен Javascript

http://www.welfar.az

 

Comments:

Баннер

AYIN KLİNİKASI-MƏRKƏZİ KLİNİKA


DERMANİNFO.AZ saytında siz ay ərzində əhali arasında aparılan sorğular və səhiyyədə göstərdikləri xidmətlərə görə müəyyənləşdirdiyimiz klinikaların aylıq reytinqi ilə tanış ola biləcəksiniz. Bu ayın klinikası MƏRKƏZİ KLİNİKADIR

ƏCZAÇILIQ KİTABI


ƏCZAÇILIĞIN İDARƏ OLUNMASI VƏ İQTİSADİYYATI - Azərbaycan Tibb Universitetinin Əczaçılıq  Texnologiyası və Əczaçılığın Təşkili və İqtisadiyyatı Kafedrası tərəfindən Azərbaycan dilində ilk dəfə ali əczaçılıq təhsilinə aid mühüm tədris vəsaiti və zəngin informasiya bazası olan bu kitab artıq əczaçıların ixtiyarındadır.

AYIN APTEKİ

AYIN APTEKİ - QLÜKOZA APTEKİ


QLÜKOZA FARM MMC Aptek məntəqəsi. Sərfəli qiymət, peşəkar xidmət. Ünvan: Yasamal rayonu, İnşaatçılar metrosunun yanı. Telefonlar: 012-433-74-34,  050-661-74-34

AYIN POPULYAR DƏRMANI


HEPATOLAK məhlul. Laktuloza. Kəskin və xroniki qəbizliklərin müalicəsində işlədici

İstifadəsinə dair göstərişlər

1) Uşaqlarda və böyüklərdə kəskin və xroniki qəbizliklərin müalicəsində işlədici kimi;

2) Hamiləlik dövründə qəbizliyin müalicəsi məqsədilə (2 trimestrdən sonra);

3) Qaraciyər (portal - sistem) ensefalopatiyasının, həmçinin, qaraciyər prekoması və komasının müalicəsi məqsədilə təyin oluna bilər.