Login

SAGLAMTV

saglamtv

youtube.com

Azərbaycanın ən yaxşı həkimləri hamısı bu kanalda
 

 

Reklam (yeni)

Saytda axtarış

Facebook

 

Elan axtarışı


Reklam

EKSKLUZİV VİDEOLAR

GÜNÜMÜZDƏ AKTUAL OLAN MÖVZULARDA HƏKİMLƏRİN SAGLAMTV-DƏ VİDEO ÇIXIŞLARI

 

VİDEOLAR

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
Home

ALQOFEMİN 45-mq-lıq tabletlər ALGOFEMİN. İstifadəsinə göstərişlər : Menstrual tsiklin pozğunluqları , Predmenstrual gərginlik sindromu ....



ALQOFEMİN
45-mq-lıq tabletlər

ALGOFEMİN

Tərkibi

1 tabletin tərkibinə daxildir

Təsiredici maddə: Agni casti fructus extractum siccum – 45mq (xammal:ekstrakt müvafiq olaraq 7-13 : 1, etanol 60%, nativ ekstrakt 10%, qlükoza 90%).

miqdari hesablamada 1 tabletin tərkibinə orta hesabla 0,30mq iridol qlikozidləri daxildir.

Köməkçi maddələr: laktoza, kartof nişastası, maqnezium-stearat, povidon.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Preparatın kliniki müayinələri göstərdi ki, prolaktinin (dopaminergik təsiri nəticəsində) gizli miqdarı azalır vəya patoloji dəyişikliyə səbəb olanmiqdarı cüzi artır.

Agnus catus ekstraktının sistematik istifadəsindən sonra prolaktinin hipofizlə ifrazı fizioloji olaraq dayanır, LH və FSH isə normallaşlır. Progesteronun sarı cisimdə  sintezi normallaşır.

Bunun nəticəsində qadınlarda predmenstrual gərginlik sindromunun simptomları həmçinin süd vəzilərinin ağrısı, miqren baş ağrısı yox olur və çox vaxt menstrual siklin normallaşması müşahidə olunur.

Farmakokinetikası

Ekstraktın mürəkkəb tərkibi nəticəsində onun sorulması, paylaşması, metabolizmi və xaric olması tədqiq olunmayıb.

Klinikadan öncə təhlükəsizliyi haqqında məlumat.

Toksiklik üzrə tədqiqatlar zamanı sıçovullara yeridilən birdəfəlik dozalardan sonra LD50 15q/kq t.ö. təşkil edir.

Preparatın təkrar dozalarının yeridilməsindən sonra toksiklik üzrə tədqiqatlar aparılmayıb.

Xüsusi tədqiqatlar genolitik təsirinin olduğunu göstərməyib.

İstifadəsinə göstərişlər

-  Menstrual tsiklin pozğunluqları ( sarı cismin müvəqqəti və ya daimi hipofunksiyası nəticəsində əmələ gələn və kəskin qanaxmalarla və ya sikl zamanı tez-tez əlavə qanaxmalarla müşayiət olunan menstruasiyalar və aylıq sikllər);

-  Predmenstrual gərginlik sindromu (menstruasiyadan bilavasitə öncə əmələ gələn simptomlar: süd vəzilərində ağrı və köbudlaşma hissi (mastopatiya), emosional sabitliyin pozulmaları, miqren baş ağrıları, üz nahiyəsinin,həmçinin aşağı və yuxarı ətrafların ödemi).

Əks göstərişlər

-  Preparatın hər hansı komponentinə qarşı hiperhəssaslıq;

-   Hamiləlik və laktasiya dövrü.

Xüsusi göstərişlər

Xüsusi ehtiyat tədbirləri yoxdur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Xüsusi tədqiqatlar aparılmayıb, lakin yuxarıda göstərilən təsir mexanizminə əsaslanaraq ehtimal etmək olar ki, tərkibində progesteron və ya gestagen olan dərman vasitələrinin (peroral kon-traseptiv vasitələr) qəbulu preparatın təsirini gücləndirə bilər; preparatın dopaminergik təsiri isə dopaminergik reseptorların antaqonistlərinin təsirini azalda bilər.

Hamiləlik və laktasiya dövrü

Əks göstərişdir.

Nəqliyyat vasitəsini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Təsir göstərmir

İstifadə qaydası və dozası

Preparat peroral yolla istifadə edilir.

Kütləsi 60 kq-a qədər qadınlar – 90 gün ərzində, səhərlər1tablet, 60 kq-dan artıq – 2 tablet.

Əlavə təsirləri

Müalicə zamanı mədə-bağırsaq pozğunluqları və dəridə allergik reaksiyalar əmələ gələ bilər.

Doza həddinin aşılması

Məlumat yoxdur

Buraxılış forması

10 tablet ,blisterlərdə. 3 blister (30 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºC-dən yuksək olmayan temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır

Yararlılıq müddəti

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılıma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

“Herbapol” Polşa.
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasında təsdiq edilmişdir


Rəsmi distribyuter: RİYAD FARM əczaçılıq şirkətiƏlaqə telefonu:
(+994-12) 447-48-33, 447-48-32,
447-24-25, 425-55-55, 425-11-11,
425-22-22, 433-90-16, 433-90-18

Oxuduğunuz bu dərman da daxil olmaqla istənilən dərman preparatının
topdansatış və pərakəndə satış qiymətini öyrənə bilərsiniz

 

Comments:

Баннер

AYIN KLİNİKASI-MƏRKƏZİ KLİNİKA


DERMANİNFO.AZ saytında siz ay ərzində əhali arasında aparılan sorğular və səhiyyədə göstərdikləri xidmətlərə görə müəyyənləşdirdiyimiz klinikaların aylıq reytinqi ilə tanış ola biləcəksiniz. Bu ayın klinikası MƏRKƏZİ KLİNİKADIR

ƏCZAÇILIQ KİTABI


ƏCZAÇILIĞIN İDARƏ OLUNMASI VƏ İQTİSADİYYATI - Azərbaycan Tibb Universitetinin Əczaçılıq  Texnologiyası və Əczaçılığın Təşkili və İqtisadiyyatı Kafedrası tərəfindən Azərbaycan dilində ilk dəfə ali əczaçılıq təhsilinə aid mühüm tədris vəsaiti və zəngin informasiya bazası olan bu kitab artıq əczaçıların ixtiyarındadır.

AYIN APTEKİ

AYIN APTEKİ - QLÜKOZA APTEKİ


QLÜKOZA FARM MMC Aptek məntəqəsi. Sərfəli qiymət, peşəkar xidmət. Ünvan: Yasamal rayonu, İnşaatçılar metrosunun yanı. Telefonlar: 012-433-74-34,  050-661-74-34

AYIN POPULYAR DƏRMANI


HEPATOLAK məhlul. Laktuloza. Kəskin və xroniki qəbizliklərin müalicəsində işlədici

İstifadəsinə dair göstərişlər

1) Uşaqlarda və böyüklərdə kəskin və xroniki qəbizliklərin müalicəsində işlədici kimi;

2) Hamiləlik dövründə qəbizliyin müalicəsi məqsədilə (2 trimestrdən sonra);

3) Qaraciyər (portal - sistem) ensefalopatiyasının, həmçinin, qaraciyər prekoması və komasının müalicəsi məqsədilə təyin oluna bilər.